Maliyyə Nazirliyinin rəsmisi QHT-lərin təqdim edəciyi hesabatlarla bağlı bütün qaranlıq məsələrə aydınlıq gətirdi

Maliyyə Nazirliyinin rəsmisi QHT-lərin təqdim edəciyi hesabatlarla bağlı bütün qaranlıq məsələrə aydınlıq gətirdi

 

Ötən sayımızda Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli və 201 saylı qərarının 5.1-ci maddəsinə uyğun olaraq qeyri- hökumət təşkilatlarının (QHT) artıq illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1- dən gec olmayaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etmələri barədə məlumat vermişdik. Hər işin başlanğıcında müəyyən çətinliyin olması təbiidir. Məhz bu baxımdan QHT-lərin illik maliyyə hesabatlarının hazırlanması, təqdim edilməsi və digər məsələrlə bağlı kifayət qədər sual var. Həmin sualların cavablandırılması üçün yenə də Beynəlxalq və Milli standartlara uyğun hesabatların hazırlanmasına böyük əmək sərf etmiş Maliyyə Nazirliyinə üz tutduq. Həmişə olduğu kimi bu dəfə də bizi həvəslə dinləyən və təklifimizi geri çevirməyib dəyərli vaxtını suallarımızın cavablandırılmasına sərf edən nazirliyin Uçot siyasəti şöbəsinin müdiri cənab Elxan Cəfərova jurnalımızın kollektivinin və oxucularının dərin təşəkkürlərini çatdırırıq.

- “Mühasibat uçotu haqqında” Qanunun 17-ci maddəsinə əsasən, QHT-lər 01 yanvar 2009-cu il tarixdən gec olmayaraq uçotlarını Milli Standartlara uyğun hazırlamalıdır. Fikrinizcə, indiki halda QHT-lər buna nə qədər hazırdır? Hesabatların təqdim edilməsi prosesində gecikmələr gözləniləndirmi?

 

- “Mühasibat uçotu haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, QHT-lər maliyyə hesabatlarını Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına uyğun olaraq hazırlamalıdırlar. Bu qanunun 13.1-ci maddəsində qeyd olunan qeyri- kommersiya təşkilatları, yəni bələdiyyə orqanları, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları maliyyə hesabatlarını Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq tərtib etməlidir. Qeyri-hökumət təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarından fərqli olaraq, adı çəkilən Qanunun 6.0.3-cü maddəsinə əsasən bu Standartlar İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında hazırlanaraq, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları ilə nizamlanan bütün məsələləri əhatə etməlidir. Məhz bu baxımdan İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının 2006-cı il versiyası üzrə əsas prinsiplər əhatə edilməklə Qeyri-hökumət təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı hazırlanmış və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilərək onun rəsmi internet saytında (www.maliyye.gov.az) yerləşdirilmlşdir. QHT-lər sözügedən Qanunun 17.0.3-cü maddəsinə uyğun olaraq maliyyə hesabatlarını 1 yanvar 2009-cu il tarixdən gec olmayaraq bütün hesabat dövrləri üçün Qeyri-hökumət təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib etməlidir. Həmin Qanunun 11-ci maddəsinə uyğun olaraq mühasibat uçotu subyektləri, o cümlədən QHT-lər üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla olan dövrü əhatə edir. Göründüyü kimi, QHT-lərin illik maliyyə hesabatları 01.01.2009-cu il tarixdən 31.12.2009-cu il tarixədək dövrü əhatə etməlidir. Həmin illik maliyyə hesabatlarının təqdim edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası»na uyğun həyata keçirilir. Eyni zamanda QHT-lərin mövcud vəziyyəti onu deməyə əsas verir ki, hazırda maliyyə hesabatlarının tərtib olunması ilə bağlı əksər QHT-lər müəyyən problemlərlə üzləşib. Bunun da əsas səbəblərindən biri kimi bu təşkilatların bir çoxunda mühasib ixtisaslı mütəxəssislərin çatışmazlığını,  habelə kadrların standartla bağlı əsaslı biliklərinin mövcud olmamasını göstərmək olar. Bu baxımdan hesabatların təqdim edilməsində gecikmə halları istisna edilmir.

 

- Maliyyə Nazirliyi qısa müddətdə 1000-ə yaxın QHT-dən hesabatlar qəbul edəcək. Hesabatların qəbul edilməsi, yoxlanılması necə təşkil olunacaq və bu işlərlə hansı şöbələr məşğul olacaq?

- Əldə edilmiş rəsmi məlumatlara əsasən, hazırda 2500-ə yaxın QHT dövlət qeydiyyatına alınıb və onlardan 1200-ə yaxın hissəsi fəaliyyət göstərir. Maliyyə hesabatlarının tərtib və təqdim edilməsi ilə bağlı QHT-lərdə yaranmış problemləri nəzərə alaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşəbbüsü və təşkilatçılığı ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət işçi qrup yaradılmışdır. Hazırda həmin işçi qrupa Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin əməkdaşları tərəfindən treninq şəklində maliyyə hesabatlarının tərtib edilməsinə dair qısamüddətli seminar-məşğələlər keçirilir.Həmin işçi qrup tətəfindən maarrifləndirmə işini digər qeyri-hökumət təşkilatlarının nümayəndələri arasında aparmaqda davam etdirərək, onlara maliyyə hesabatlarının standarta uyğun doldurulmasında kömək edilməsi nəzərdə tutulur. Gələcəkdə maliyyə hesabatlarının tərtibi, habelə bu Standart barədə əsaslı biliklərə malik olması üzrə QHT-lərə göstəriləcək xidmətlər sərbəst mühasib və ya ixtisaslaşdırılmış peşəkar mühasib təşkilatları tərəfindən həyata keçirilə bilər. Maliyyə Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən hesabatların qəbul edilməsi, yoxlanılması və bu işlərin təşkil olunmasına gəldikdə isə, qeyd edim ki, hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq nazirlik tərəfindən mühasibat uçotu subyektlərindən, o cümlədən büdcə təşkilatlarından, kiçik sahibkarlıq subyektləri istisna olmaqla müvafiq kommersiya təşkilatlarından və qeyri-hökumət təşkilatlarından hesabatların alınması üzrə müvafiq göstərişlər hazırlanır.

- Beynəlxalq donor təşkilatlarının Azərbaycandakı nümayəndələri də yeni qaydalara uyğun hesabat verməyə
məcburdurlarmı? Azərbaycanda rəsmi nümayəndəliyi olan xarici QHT-lər hesabat verməlidirmi?

- “Mühasibat uçotu haqqında” AR Qanununun 1.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilatihüquqi formasında asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi bu qanuna uyğun olaraq aparılır. Göründüyü kimi, mülkiyyət və təşkilati-hüquqi formasında asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən və müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmış bütün qeyri-hökumət təşkilatları qanunvericiliklə müəyyən olunmuş qaydada maliyyə hesabatlarını hazırlamalı, təqdim etməlidir.

- Qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını necə tərtib etməlidir?

- Yuxarıda qeyd etdiyimiz kimi, Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na əsasən QHT-lər üçün maliyyə hesabatlarının tərtib olunması üzrə formalar müəyyən edilmiş və həmin hesabat formalarında əks etdirilməli olan müvafiq məlumatların məzmunu öz əksini tapmışdır. Belə ki, Qaydaların 3.1-ci bəndinə əsasən qeyri-hökumət təşkilatları üzrə aşağıdakı illik maliyyə hesabatlarını tərtib edərək Maliyyə Nazirliyinə təqdim etməlidir:

1. Maliyyə vəziyyəti haqqında hesabat. Forma № 1;

2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat. Forma № 2;

3. Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat. Forma № 3;

4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat. Forma № 4;

5. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Bu Qaydanın əlavələrində göstərilən maliyyə hesabatlarının formaları nümunəvi olduğuna görə, zərurət yarandıqda, qeyri-hökumət təşkilatları həmin hesabat formalarına müvafiq maddələr əlavə edə bilərlər. QHT-lər tərəfindən maliyyə hesabatları Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartının tələblərinə uyğun olaraq tərtib edilməlidir.

- Hansı hallarda hesabatların təqdim olunma müddəti 1 ay uzadılacaq? Bunun üçün QHT-lərə necə müraciət ediləcəkdir?

- Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nöm-rəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşk ilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın 5-ci bəndinə əsasən qeyri-hökumət təşkilatları üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməlidir. Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını muəyyən edilmiş müddətdə təqdim etmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir.

- Hesabatın tərtib və ya düzgün tərtib edilməməsinə, habelə təqdim edilməməsinə görə hansı cərimələr tətbiq olunur? Maliyyə

Nazirliyi hesabat verməyən təşkilatlara cərimələri necə tətbiq edəcək?

- Mühasibat uçotu subyektləri tərəfindən, o cümlədən qeyri- hökumət təşkilatları tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliyin pozulmasına görə təqsirkar olan şəxslər İnzibati Xətalar Məcəlləsinin 247-1-ci bəndinə əsasən cərimələrin tətbiq edilməsi nəzərdə tutulub. Belə ki, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilirlər. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ/72 nömrəli 25 iyun 2004-cü il tarixli əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində 3066 nömrəli 17 iyul 2004-cü il tarixli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Maliyyə, mühasibat uçotu, hesabat və məlumatların təqdim edilməsi və sığorta qaydalarının əleyhinə olan inzibati xətalar haqqında sənədlər və onların tərtib olunması Qaydaları” əsasında cərimələrin tətbiq edilməsi rəsmiləşdirilir.

- Qərara əsasən, hesabatı təqdim etməyən QHT-lər barəsində Ədliyyə Nazirliyinə məlumat verilməlidir. Ədliyyə Nazirliyi həmin məlumatı əsas tutub QHT-lərə xəbərdarlıq edərək onların ləğvi ilə bağlı məsələ qaldıra bilərmi?

- “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.5- ci maddəsində muəyyən edilmiş müddətdə illik maliyyə hesabatlarını təqdim etməyən qeyri-hökumət təşkilatları barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatı tərəfindən təqdim olunan illik maliyyə hesabatlarında cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri nin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında qanunvericili yin tələblərinin pozulduğu hallarda, bu barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verir. Belə qərarların verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada aparıla bilər.

- QHT-lərin rəhbər və mühasiblərinə yeni maliyyə hesabatlarının tərtibinə dair görüləcək tədbirlərlə bağlı nələr tövsiyə edərdiniz?

- Hesabat dövrünün başa çatmasına qısa müddət qaldığını və Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı əsasında müvafiq maliyyə hesabatlarının Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən qəbul edildiyini nəzərə alaraq, QHT- lərin rəhbərlərinə və baş mühasiblərinə bu hesabatların vaxtında təqdim edilməsi üçün onların hazırlanması zamanı yaranmış çətinliklərin aradan qaldırılması məqsədilə Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi ilə əlaqə saxlamalarını tövsiyə edirəm.

"Monitor Konstaltinq" jurnalının 8-ci sayından seçmə məqalə

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər