Mühasib haqqında 6 mifdən 4-cüsü

Mühasib haqqında 6 mifdən 4-cüsü

II Mif. Mühasib sənəti statikdir. Bu sənətdə demək olar ki, heç nə dəyişmir, adamı ətalət basır. Təhsil müddətində aldığın biliklər artıqlaması ilə kifayətdir, ixtisasartırmaya ehtiyac yoxdur.
ƏSLİNDƏ. Bəlkə də kənardan belə görünür ki, mühasib həmişə eyni işlə – balans tutmaqla, debet-kredet müxabirləşməsi ilə məşğul olur, necə deyərlər, Nikolaydan qalma mühasibatlıq normaları ilə işləyir. Məsələyə bu cür yanaşanlar yanılırlar. Doğrudur, mühasibat uçotunun prinsip və normaları dəyişməyə bilər, obrazlı desək, əgər mexanizm saaat kimi işləyirsə, velosiped icad etməyə nə ehtiyac? Ancaq qanunlar, o cümlədən vergi ilə bağlı qanunvericilik aktları, yalan olmasın, bəlkə də hər gün «təkmilləşdirilir». Mühasib qanunvericilikdəki yenilikləri

diqqətlə izləməyə borcludur. Mühasiblər istəməsələr belə, öz üzərlərində işləməli, ixtisaslarını artırmalı, bunun üçün müntəzəm ixtisaslaşmış qəzet və jurnallar oxumalı, treninq və seminarlarda iştirak etməlidirlər. Bunlarsız indiki dövrdə yaxşı mühasib olmaq mümkün deyil. Bir şeyi də unutmaq olmaz ki, indi bütün mühasibatlıq kompyuteləşdirilib, hesabatlar elektronlaşdırılıb. Bu sahədə istifadə olunan proqramları mənimsəmək o qədər də asan deyil, təkcə 1C proqramının öyrənilməsinə ən azı 1 ay lazımdır. Nəzərə alaq ki, indi 1C o qədər də yeni, mütərəqqi proqram sayılmır. Mühasib işinin darıxdırıcılığı isə yalnız onun oturaq iş olması, yüksək diqqət tələb etməsi, sənədlərin dəfələrlə yoxlanılması ilə izah oluna bilər. Ancaq bizim «haqq-hesab ustaları»nın işin çoxluğundan və hər gün nə isə öyrənməyin vacibliyindən darıxmağa vaxtları qalmır.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər