Millət vəkili: 2-3 ildən bir vergi dərəcəsinin 2-3 faiz aşağı salmaqla nə qazanırıq?

Millət vəkili: 2-3 ildən bir vergi dərəcəsinin 2-3 faiz aşağı salmaqla nə qazanırıq?

Millət vəkili Vahid Əhmədovun "MK"-nın 29-cu sayına müsahibəsindən

- Milli Məclisdə Mərkəzi Bankın sədri vergi yükünün çox olmasını qeyd etdi. Bu məsələ ilə bağlı onu bildirmək istəyirəm ki, öncəlliklə vergini diferensiallaşdırmaq lazımdır. Misal üçün, niyə əlavə dəyər vergisi bütün məhsullar üçün 18 faiz olmalıdır? Ərzaq məhsullarına tələbat çoxdur və
demək olar ki, bu tip məhsulların əksəriyyətini idxal edirik. Rusiyada ƏDV 18 faiz olduğu halda, ərzaq məhsulları üçün 10 faiz təşkil edir. Niyə biz də ərzaq məhsullarına aşağı ƏDV faizi tətbiq etməyək? Bundan əlavə, qeyri-neft sektorunun inkişafı üçün bəzi məhsulların ixracı zamanı ƏDV tutulmamalı-
dır. Mənfəət vergisini 22 faizdən 20 faizə endirdik, sonra isə 30 faiz tutulan gəlir vergisi məbləğini 1000 manatdan 2000 manata qaldırdıq. Büdcəyə vergi daxilolmalarına diqqət yetirəndə məlum olur ki, vergi yükünün azaldılmasına baxmayaraq artım var. Deməli, vergi dərəcələrinin azalması vergi ödəyəcilə-
rinin daha çox vergi ödəməsinə səbəb olur. Vergi ilə bağlı ikinci məsələ odur ki, 3 il öncə xüsusi iqtisadi zonalar haqqında qanun qəbul etmişdik. Xüsusi iqtisadi zonalar sahibkarlığın inkişafı məqsədilə yaradılan, müəyyən vergilərdən tam və qismən azad olunan ərazi-lərdir. Azərbaycanda indiyə qədər
bir dənə də olsa da, iqtisadi zona yaradılmayıb. İranda, Türkiyədə və Çində belə iqtisadi zonalar var. Həmin iqtisadi zonalarda 5 il vergidən azad edilmə nəzərdə tutulur və müəyyən şərtlər qoyulur ki, bu da iqtisadiyyatın inkişafına təsir edir. Yoxsa 2-3 ildən bir vergi dərəcəsi nin 2-3 faiz aşağı salmaqla nə qazanırıq? Gəlir vergisində də sahələr üzrə diferensiallaşdırmalar aparılmalıdır. Bank sektorunda işləyən şəxs 10000 manat əməkhaqqı alırsa, o, 30 faiz vergi ödəsin. Amma insanlar var ki, onlar üçün əmək haqqından 30 faiz tutulma onların maddi durumuna çox pis təsir edir. Bu gün Vergilər Nazirliyi çoxlu elektron xidmətlər həyata keçirir. Düşünürəm ki, sahələr üzrə verginin diferensiallaşdırılmasının uço tunu aparmaq nazirlik üçün çətin
olmaz. Sonda vergi borcları ilə bağlı məsələyə də münasibət bildirmək istəyirəm. Hesablama Palatasının təqdim etdiyi hesabatlardan məlum olur ki, yüksək məbləğdə vergi borcları yığılıb. Vergilər naziri cənab Fazil Məmmədov bildirir ki, vergi borcların çoxunu almaq mümkün deyil. Əgər həmin borclar ölü borclardırsa, onda qaydalara uyğun silinməlidir. Yoxsa, hər zaman hesabatlarda bu qədər borcun göstərilməsinə nə ehtiyac var.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər