Vergisi SƏRT, Qəlbi YÜMSAQ Türkiyə
Ötən sayımızdan başlayaraq xarici ölkələrin vergi təcrübəsi haqqında məlumat verməyə başlamışıq. İlk yazımız qonşu ölkə Gürcüstanın vergi sistemi haqqında idi. Bu sayımızda isə qardaş ölkə Türkiyənin çoxsahəli vergi sistemi haqqında məlumat verməyə çalışacağıq. 1950-ci ildən bəri qüvvədən olan vergi qanunlarına uyğun olaraq formalaşan Türkiyə vergi sistemi haqqında məlumatların toplanmasında əməyini və diqqətini əsirgəməyən ölkənin tanınmış mühasibi Cavit Göngərə təşəkkürümüzü bildiririk.
TÜRKİYƏDƏ MƏNFƏƏT VERGİSİ VƏ ƏDV-NİN DƏRƏCƏSİ NƏ QƏDƏRDİR?
Türkiyədə vergi növləri Azərbaycandakından xeyli çoxdur. Bu yazımızda vergi növlərinin əsaslarının - gəlir vergisi, əlavə dəyər vergisi, əmlak, motorlu nəqliyyat vergisi, istehsal vergisi – üzərində dayanacağıq. Onu da qeyd edək ki, Türkiyədə ölkəmizdən fərqli vergi növləri var. Məsələn, təmizlik (ekologiya), elan-reklam, lotereya oyunları, bank və sığorta ilə əlaqəli vergiləri qeyd etmək olar. Ümumiyyətlə, Türkiyədə büdcə gəlirlərini formalaşdıran vergiləri 3 qrupda formalaşdırmaq olar. Birincisi, gəlirdən tutulan vergilər: Bura fiziki və hüquqi şəxslərin qanunla müəyyən olunan mənbədən əldə edilən gəlirindən tutulan müvafiq vergilər daxildir. İkincisi, xərclənmədən alınan vergilərdir. Bu tip ödənişlərə ƏDV, satışdan vergi, aksiz vergisini misal göstərmək olar. Sonunculara isə sərvətdən tutulan vergilər daxildir. Məsələn, miras qalmış daşınar və daşınmaz əmlakdan alınan vergilər.
Qeyd edək ki, qardaş ölkədə kommersiya təşkilatlarının ödədiyi mənfəət vergisi 20 faizdir. Əlavə dəyəri vergisi isə mal və xidmətlərin kateqoriyasına əsasən 1%, 8% və18 % olaraq müəyyən edilir.
ƏMƏK HAQQINDAN TUTULAN GƏLİR VERGİSİNİN OXŞAR VƏ FƏRQLİ CƏHƏTLƏRİ?
Ötən sayımızda Gürcüstanın vergi sistemi ilə bağlı yazıda qeyd etmişdik ki, bu ölkədə əmək haqqından tutulan gəlir vergisi sabit rəqəmdir: 20 faiz. Türkiyədə isə əmək haqqından tutulan gəlir vergisi müəyyən mənada ölkəmizdəkinə oxşayır. Belə ki, qardaş ölkədə vergi dərəcələri əmək haqqının məbləğinə uyğun olaraq diferensiallaşdırılır. Belə ki, Türkiyədə gəlir vergisinin dərəcəsi aşağıdakı şəkildədir.
Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği
8800 TL-dək 15 faiz
8800 TL-dən 22000 TL-dək 1320 TL + 8800 TL-dən çox 22000-ə qədər olan məbləğin 20 faizi
22000 TL-dən 50000 TL-dək 3960 TL + 22000 TL-dən çox 50000-ə qədər olan məbləğin 27 faizi
50000 TL-dən çox olduqda 11 520 TL + 50000 TL-dən çox olan məbləğin 35 faizi
Dövlət Sosial Müdafiə Fonduna (Sosial Güvənlik Qurumu) ödəmələr işçinin əmək haqqından və işəgötürən tərəfindən olmaqla 2 qrupa ayrılır. İşçinin hesablanmış aylıq əmək haqqından İşsizlik sığortası ayırması (1%), Sosial sığorta ayırması (14%) və Damğa vergisi (0,6%) tutulur. İşəgötürən isə Sosial Müdafiə Fonduna aylıq əmək haqqı fondudan 20 faiz Sosial sığorta ayırması və 2 faiz İşsizlik sığortası ayırması ödəyir.
ƏLİLLƏRƏ HANSI GÜZƏŞTLƏR TƏTBİQ EDİLİR
Ölkəmizdə olduğu kimi, Türkiyədə də əlillik dərəcələri 3 qrup üzrə formalaşır. Əmək qabiliyyətini 80, 60, 40 faiz itirmiş işçilər müvafiq olaraq 1-ci, 2-ci və 3 cü qrup əlil sayılır. 2010-cu il üçün gəlir vergisi üzrə güzəştlər əlillik dərəcəsinə uyğun qruplaşdırılıb. Belə ki, Gəlir vergisi qanununun 31-ci maddəsinə əsasən, 1-ci qrup əlillər əmək haqqından vergi tutulmaları zamanı 680 TL, 2-ci dərəcəli əlillər 330 TL və 3-cü qrup əlillər isə 160 TL güzəşt əldə edirlər. Bizdə isə I və II qrupp əlillərin güzəştləri fərqləndirilmir. Qeyd edək ki, ölkəmizdə I və II qrup əlillərin (müharibə əlillərindən başqa) vergi tutulmalı olan aylıq gəliri 100 manat azaldılır. Bu dərəcəli müharibə əlili isə 400 manat güzəşt əldə edir.
VERGİ QANUNVERİCİLİYİNƏ RİYAƏT OLUNMADIQDA HANSI CƏRİMƏLƏR TƏTBİQ OLUNUR?
Türkiyədə vergi qanunvericiliyinə riyaət olunmamasına görə tətbiq edilən cərimələr ölkəmizdəkindən sayca fərqlənir. Qardaş ölkədə vergi qanunvericiliyinin pozulması hallarına görə aşağıdakı cərimələr tətbiq edilir.
1 Vergi pozuntuları Cərimə məbləği
1 Ciddi hesabat blanklarının verilməməsi və ya alınmaması 160 TL
Təqvim ili içində hər bir sənəd kateqoriyasına bağlı olaraq kəsilən ümumi cəza (sanksiya) 77.000
2 Pərakəndə satış qəbzi, kassa orderi, giriş və sərnişin daşıma bileti, daşınma (ticarət) sənədi (qəbzi), sərnişin siyahısı, günlük müştəri siyahısı ilə Maliyyə Nazirliyi tərəfindən tərtib edilməsi məcburiyyəti olan sənədlərin hazırlanmaması, istifadə edilməməsi və ya saxlanılmaması
Hər bir sənədə bağlı olaraq hər təsbit üçün ümumi cəza 160 TL
Təqvim ili içində hər bir sənəd kateqoriyasina bağlı olaraq kəsilən ümumi cəza (sanksiya) 77.000
3 Maliyyə Nazirliyi tərəfindən saxlanılması və gündəlik qeydiyyatı aparılması məcburi olan cədvəllərin saxlanılmaması, gündəlik qeydiyyatının aparılmaması, səlahiyyətli orqanlara təqdim edilməməsi, vergi lövhəsinin düzgün doldurulmaması (firmanın ötən ilki mənfəətini və ödədiyi vergi məbləğini əks etdirən sənəd. Hər ilin mayında təzələnir) 160 TL
4 Müəyyən olunmuş mühasibatlıq standartlarına, mühasibatlığın hesablar planına, maliyyə cədvəllərinə və bunlarla əlaqəli metod, prinsip və prosedurlara riayət olunmaması 3.500 TL
5 Dövlət müəssisə və təşkilatları ilə fiziki və hüquqi şəxslər tərəfindən istifadə məcburiyyəti olan VÖEN-siz əməliyyat aparanlara 190 TL
6 Sənəd çapıyla əlaqədar bildiriş vəzifəsini tamamən və ya qismən yerinə yetirməyən mətbəə sahiblərinə 570 TL
7 4358 saylı qanuna əsasən, VÖEN-dən istifadə məcburiyyəti olan təşkilatlarla apardıqları əməliyyatlarla əlaqədar bəyannamələri müəyyən olunan standartlara uyğun və vaxtında verməyənlərə 770 TL
8 127-ci maddənin d bəndinə görə, Maliyyə Nazirliyinin xususi nişanlı nümayəndəsinin xəbərdarlığına baxmayaraq saxlamayan nəqliyyat vəsitəsinin sahibinə 570 TL
Məlumat verməkdən boyunq qaçırma və bəzi qaydalara riayət etməməsinə görə 2010-cu ildə tətbiq olunması nəzərdə tutulan cəzalar isə aşağıdakı şəkildədir:
1 Birinci sinif tacir və sərbəst peşə sahibləri 1.000 TL
2 İkinci sinif tacirlər, cədvəl qeydiyyatı aparan fermerlər və qazancı asan müəyyən olunanlar haqqında 500 TL
3 Yuxarıdakı bəndlərdə nəzərdə tutulanlar xaricində olanlar haqqında 250 TL
Bundan əlavə Tükiyədə ödənilməyən vergi borcları üçün gecikməyə görə cərimələr ölkəmizdən fərqli olaraq günlük yox, aylıq hesablanır. Ölkəmizdə bu rəqəm günlük 0.1 faiz olduğu halda, qardaş ölkədə 1.98 faizdir.
HESABATLARIN VERİLMƏSİ QAYDASI NECƏDİR?
Türkiyə də, ölkəmizdə olduğu vergi hesabatları elektron olaraq verilir. ƏDV bəyannamələri hər ayın 24-nə qədər təqdim edilir və 26-sına qədər bank vasitəsilə ödənişlər olunur. Kurum Geçici bəyannamələri isə 3 aylıq müddətlə - may, avqust, noyabr və fevral aylarında verilir və həmin ayın 17-sinə qədər ödənilir. Muhtasar bəyannamələri isə 3 aylıq müddətlə verilsə də, kurum geçici bəyannamələrinə nisbətən fərqli aylarda verilir. Belə ki, bu bəyannamələr aprel, iyun, sentyabr və sonrakı ilin yanvar ayında verilir və həmin ayların 26-sına qədər ödənilir. Qeyd edək ki, qardaş ölkədə bütün hesabatlar iş yerinin ünvanına uyğun olaraq müvafiq
QARDAŞ ÖLKƏDƏ VERGİ YOXLAMALARI NECƏ APARILIR?
Türkiyədə gündəlik vergi nəzarəti ölkəmizdəki operativ vergi yoxlamalarına uyğundur. Bu zaman alıcıların aldıqları malın sənədləri, satıcıların satış sənədlərini düzgün doldurması, yük daşınması zamanı lazımi daşıma sənədlərinin doğruluğu yoxlanılır. Gündəlik vergi nəzarəti keçirilərkən vergi qanunvericiliyinin pozulması halları aşkar edilərsə, yol verilən qanun rozuntusu yerindəcə protokollaşdırılır.
Azərbaycanda vergi yoxlamaları kameral və səyyar olmaqla 2 qrupa ayrılır. Türkiyədə bu 2 vergi yoxlamasının tələbləri bir yoxlama üsulu altında birləşdirilir. Yoxlama zamanı vergi ödəyicisinin əvvəlki illərə aid mühasibat sənədləri vergi əməkdaşlarından təşkil olunmuş qrup tərəfindən araşdırılır. Bəyannamədə göstərilən mənfəət və ödənən vergilərin doğruluğu yoxlanılır. Əgər bu zaman vergi sənədələrilə hesabatlar və bəyannamələr arasında fərqlər aşkara çıxarılarsa, protokol tərtib olunur və Vergi qanununa uyğun olaraq cəzalar tətbiq edilir. Təbii ki, vergi ödəyicisi cəzaların aşağı salınması üçün üzləşdirmə istəyə bilər.
0 Komment
Şərh yazın