Lənkərandan Vergilər Nazirliyinə aktual sual
Mən bildirmək istəyirəm ki, əgər bir mağazada mən heç nə qazanmamışamsa və 5 ay kirayə pulun öz büdcəmdən vermişəm, mən bunu necə sübut etməliyəm ki, mən heç bir qazanc əldə etməmişəm bu 5 ay ərzində...
Sual: Mən bildirmək istəyirəm ki, əgər bir mağazada mən heç nə qazanmamışamsa və 5 ay kirayə pulun öz büdcəmdən vermişəm, mən bunu necə sübut etməliyəm ki, mən heç bir qazanc əldə etməmişəm bu 5 ay ərzində. Mənə kömək etmənizi və sualımı cavablandırmanızı xahiş edirəm.
Orxan Əsgərov, Lənkəran
Cavab: Bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir (Vergi Məcəlləsi, maddə 23.1).
Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir (Vergi Məcəlləsi, maddə 32.1).
Vergi Məcəlləsinin 37-ci maddəsinin müddəalarına uyğun olaraq kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında (maddə 37.1), vergi ödəyicisi tərəfindən vergilərin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir (maddə 37.2) və kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər (maddə 37.3).
Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 gün ərzində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim edilməsinin tələb olunması barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilir. Bu sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanları tərəfindən ödənilməli olan verginin məbləğini yenidən hesablayır və vergi ödəyicisinə 5 gün müddətində Vergilər Nazirliyinin müəyyən etdiyi formada vergilərin hesablanmasına dair vergi orqanının qərarını göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin Vergi Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.
Eyni zamanda qeyd olunan məktubda yaranacaq hər-hansı suallarla bağlı isə uçotda olduğunuz vergi orqanına müraciət edilə bilər.
Onu da nəzərinizə çatdırırıq ki, vergi orqanı tərəfindən qeyd olunan qaydada aparılan hesablamanın səhv olduğunu sübut etmək Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir, eyni zamanda Vergi Məcəlləsinin 62-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisinin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) qanunla müəyyən edilmiş qaydada şikayət etmək hüququ vardır.
Odur ki, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə vergi orqanına təqdim etdiyiniz bəyannamələrdə kameral qaydada aparılmış yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluqlar olduqda bu barədə əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədlər (məlumatları) vergi orqanına təqdim edilməli və bu uyğunsuzluğa dair hər hansı izahatların alınması üçün isə müvafiq sənədlərlə birlikdə VÖEN-i təqdim etməklə uçotda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın