Xəstəliyə görə müavinətlədən gəlir vergisinin hesablanmasına dair aktual sual

Xəstəliyə görə müavinətlədən gəlir vergisinin hesablanmasına dair aktual sual

Sosial Müdafiə Fondu tərəfindən ödənilən xəstəliyə görə müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən ÖMV cəlb edilir, amma Sosial Müdafiə fondu hesablanmış məbləğdən heç bir vergi tutmur, NİYƏ?

Sual: Salam. Xəstəliyə görə müavinətlər 14 gündən çox olduqda, Sosial Müdafiə Fondu tərəfindən ödənilən xəstəliyə görə müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən ÖMV cəlb edilir, amma Sosial Müdafiə fondu hesablanmış məbləğdən heç bir vergi tutmur, niyə? Sosial müdafiə fondunun ödədiyi xəstəliyə görə müavinəti işəgötürən öz uçotunda əks etdirməlidirmi?

Seyidov Sədi

Cavab: Bildiririk ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla, onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.

Əmək Məcəlləsinin 173-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. Eyni zamanda 173-cü maddənin 2-ci hissəsinə əsasən işçilərin haqq-hesab sənədlərində hesablanmış əmək haqqı, əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri, əmək haqqından tutulan məbləğlər, tutulmanın adı, növü, səbəbi və məbləği, faktiki ödənilən məbləğ göstərilir.

Eyni zamanda, Nazirlər Kabinetinin15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin tələblərinə əsasən də əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.

Qeyd edilən Əsasnamənin 1 nömrəli Əlavəsi olan “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəli”nin qeyd hissəsinə əsasən isəhaqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə görə fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilat məsuliyyət daşıyır.

Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən də fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlirə əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, ö cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir aid edilir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 150.1.1-ci və 150.1.2-ci maddələrinə əsasən muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar.

Eyni zamanda Vergi Məcəlləsinin 150.3.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər və fərdi sahibkarlar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamalı və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürməlidirlər.

Vergi Məcəlləsinin 150.3.3.3-cü maddəsinə əsasən ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla, bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan digər vergi ödəyiciləri ödəmə mənbəyində tutulan vergilər barədə Vergilər Nazirliyinin müəyyən etdiyi formada muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Yuxarıda göstərilənləri nəzərə alaraq Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirməsinə görə 14 gün üçün işəgötürənin öz vəsaiti hesabına ödənc həyata keçirdiyi halda, həmin ödəncdən gəlir vergisini tutaraq, müvafiq qaydada muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vergi orqanına verməyə borcludurlar.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 14 gündən artıq olan günlər üçün ödənişlər Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirildiyindən, fond tərəfindən həmin ödənişlər üzrə gəlir vergisi hesablanmalı, hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürülməli və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər