Vergilər Nazirliyinə maraqlı həm də aktual sual
Sagirdə sənət öyrətmək nece rəsmiləşdirilməlidir ki, işçi kimi qəbul edilməsin?
Sual: Salam. Mən avtotəmir sexində avtomobillərə texniki xidəmt göstərirəm. Bu fəaliyyətimlə yanaşı mənə müraciət edən gənclərə təmirçi çilingər sənətini də öyrədirəm. Bu fəaliyyətimin müqabilində şagird kimi sənət öyrənən gənclər mənə müəyyən miqdarda aylıq pul ödəyirlər. Mən şagird öyrətməyi nə cür rəsmiləşdirim? Vergi nümayəndəsi gələndə mən onları şagird kimi təqdim edə bilim.
Məhəmməd Məmmədov Fərhad
Cavab: Bildiririrk ki, Əmək Məcəlləsinin müddəalarına əsasən işəgötürənlə işçi arasında əmək münasibətlərinin şərtlərini, tərəflərin hüquq və vəzifələrini tənzimləyən sənəd qismində əmək müqaviləsi (kontrakt) çıxış edir və qeyd edilən əmək müqaviləsində bəzi məlumatlarla yanaşı işçinin əmək funksiyaları, işçinin əmək şəraitinin şərtləri, əmək haqqı və ona əlavələr haqqında qeyd edilməlidir.
Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti işçinin faktik olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir (Əmək Məcəlləsi, maddə 51).
Eyni zamanda, Əmək Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması, və bu qəbildən olan digər işlərin görüldüyü hallarda müddətli əmək müqaviləsi bağlanılır.
Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.
İşçi isə işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontraktı) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.
Həmin maddənin 8-ci hissəsində iş yerinin anlayışı verilmişdir. Belə ki, iş yeri işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir.
Qeyd edək ki, Əmək Məcəlləsinin 6-cı maddəsində isə Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslər müəyyən edilmişdir.
Əmək Məcəlləsinin 42-ci maddəsinin 2 və 3-cü hissələrinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir və on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər.
Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi ilə) həyata keçirir (Əmək Məcəlləsi, maddə 15).
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə əsasən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, əhalinin məşğulluğu, demoqrafiya, tibbi-sosial ekspertiza, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Öz səlahiyyətləri daxilində əməyin ödənilməsi, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi sahələrində mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların fəaliyyətini əlaqələndirmək, habelə işəgötürənlərə əməyin təşkili, ödənilməsi və mühafizəsi işinin təşkilində köməklik göstərmək, öz səlahiyyətləri daxilində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri üzrə fəaliyyətlərinə dövlət nəzarətini həyata keçirmək, öz səlahiyyətləri daxilində əmək münasibətlərini tənzimləmək və s. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələridir.
Odur ki, əmək qanunvericiliyi çərçivəsində münasibətlərin rəsmiləşdirilməsi məsələsinə dair tələb olunan daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, vergi qanunvericiliyi ilə bağlı əlavə məlumatın alınması üçün isə Vergilər Nazirliyinin 195 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın