Qudvillə bağlı Vergilər Nazirliyinə maraqlı sual
Qudvil qeyri-maddi aktiv kimi tanınırmı və amortizasiya olunurmu?
Sual: Salam. Qudvil qeyri-maddi aktiv kimi tanınırmı və amortizasiya olunurmu? Əgər mümkünsə Vergi Məcəlləsinə əsaslanaraq hansı normada hesablanır və bu köhnəlmə xərci gəlirdən çıxılan xərc kimi nəzərə alınırmı? Sağ olun.
Məmmədov Rövşən
Cavab: Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2007-ci il 29 dekabr tarixli i-130 nömrəli əmri ilə təsdiq edilmiş “Təşkilatların fəaliyyətlərinin birləşdirilməsi üzrə” Kommersiya Təşkilatları üçün 18 nömrəli Milli Mühasibat Uçotu Standartının 7-ci maddəsinə əsasən qudvil-müəssisələrin birləşməsi nəticəsində fərdi şəkildə müəyyən edilə və ayrıca tanına bilməyən aktivlərdən yaranan gələcək iqtisadi səmərədir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2007-ci il 23 iyul tarixli i-73/1 nömrəli əmri ilə təsdiq edilmiş “Qeyri-maddi aktivlər üzrə” Kommersiya Təşkilatları üçün 12 nömrəli Milli Mühasibat Uçotu Standartının 43-cü maddəsinə əsasən daxili imkanlar hesabına yaradılmış qudvil aktiv kimi tanınmalı deyil.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2007-ci il 29 dekabr tarixli i-130 nömrəli əmri ilə təsdiq edilmiş “Təşkilatların fəaliyyətlərinin birləşdirilməsi üzrə” kommersiya təşkilatları üçün 18 nömrəli Milli Mühasibat Uçotu Standartının 50-ci maddəsinə əsasən alıcı-müəssisə alış tarixində müəssisələrin birləşməsi nəticəsində əldə edilmiş qudvili aktiv kimi tanımalı və həmin qudvili ilkin olaraq onun ilkin (maya) dəyəri ilə qiymətləndirməlidir. Qudvilin ilkin dəyəri müəssisə birləşməsinin ilkin dəyərinin alıcı-müəssisənin hazırkı Standartın 37-ci maddəsinə müvafiq olaraq tanınan müəyyən edilə bilən aktiv, öhdəlik və şərti öhdəliklərin xalis ədalətli dəyərindəki iştirak payından yuxarı olan artıq məbləğə bərabərdir.
Qeyd olunan Standartın 51-ci maddəsinə əsasən müəssisələrin birləşməsi nəticəsində əldə edilmiş qudvil özü-özlüyündə alıcı-müəssisənin fərdi şəkildə müəyyən edilməsi və ayrıca tanınması mümkün olmayan aktivlərdən gözlədiyi gələcək iqtisadi səmərənin əldə edilməsi üçün ödədiyi məbləği təmsil edir.
Həmin Standartın 53-cü maddəsinə əsasən müəssisələrin birləşməsi nəticəsində əldə edilmiş qudvil amortizasiya edilməli deyil.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
“Vergi Məcəlləsi -2013” kitabı – Vergi Məcəlləsi+ ən son dəyişiklik və əlavələrin şərhi – 2013
Kitabı əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
1) Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
2) Prezidentin fərmanı ilə əlavə və düzəliş edilən 131 bəndin ayrı-ayrıca izahı;
3) Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
4) Vergi orqanlarının YENI rekvizitləri;
5) Vergi Məcəlləsi, vergi qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin 23 qərarı, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.) bölməsində 23 sənəd, Vergi qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyət tədbirləri - ELEKTRON FORMADA,
6) Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını apara biləcəksiniz;
Kitabın satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın