Təsisçidən alınan nəqliyyatla bağlı maraqlı sual

Təsisçidən alınan nəqliyyatla bağlı maraqlı sual

 Vergilər Nazirliyi bu məsələni Məcəllərlə izah edir

Sual: Müəssisə təsisçisini dəyişir. Alqı-satqı zamanı müəssisəyə məxsus minik maşını da müəssisə ilə birlikdə yeni təsisçiyə təhvil verilmişdir. Maşının alış qiymətinin 30000 manat olduğun nəzərə alsaq, bu hal da vergi öhdəliyi (alqı-satqıya görə) yaranırmı və bu məbləğ necə hesablanır? Xahiş edirəm ki, ətraflı izah edəsiniz! Əvvəlcədən təşəkkürlər.
Əsədzadə Elvin

Cavab: Bildiririk ki, Mülki Məcəllənin 64.1-ci maddəsinə uyğun olaraq təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur.
Mülki Məcəllənin 90-1.2-ci maddəsinə əsasən isə məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir.
Eyni zamanda, Mülki Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.
Qeyd olunanlarla yanaşı, Vergi Məcəlləsinin 13.2.16.6-cı maddəsinə əsasən rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir, həmçinin bu hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur.
Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisinin təqdim olunmuş aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edildiyi üçün, bu halda fiziki şəxsin gəliri Məcəllənin 101.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb olunur.
Göstərilənlərə əsasən bildiririk ki, hüquqi şəxsdə iştirak payının təsisçi tərəfindən digər şəxsə verilməsinin rəsmiləşdirilməsi tarixinə hüquqi şəxsdə aktivlərin real dəyəri müəyyənləşdirilməlidir. Hüquqi şəxs və ya fiziki şəxs olan təsisçi tərəfindən nizamnamə kapitalına qoyulmuş iştirak payı nominal dəyərində digər şəxsə təqdim edildikdə və payı alan şəxs hüquqi şəxsdə bu payın xüsusi çəkisinə uyğun əmlaka sahib olduqda alqı-satqı müqaviləsinin bağlandığı tarixə aktivlərin real dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq hüquqi və ya fiziki şəxsin gəlirlərinə aid edilməli və Vergi Məcəlləsinin 105-ci və 101-ci maddələrinə uyğun olaraq vergi hesablanmalıdır. Bu zaman hüquqi şəxsdə pay alan yeni təsisçinin sahib olduğu aktivlərin dəyəri təsisçilərlə hesablaşmalar kimi hüquqi şəxsin balansında əks etdirilməlidir.
Əlavə olaraq onu da bildiririk ki, hüquqi şəxs bu dəyişiklik barədə vergi orqanına 40 gün müddətində məlumat verilməlidir.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər