Vergilər Nazirliyi ƏDV-nin ödənilməsi ilə bağlı aktual suala aydınlıq gətirir...
Bir müəssisə digər müəssisəyə olan ƏDV borcunu müəssisənin depozit hesabına deyil, cari hesabına ödəmişdirsə, bu halda müəssisəyə hansı məbləğdə cərimə tətbiq olunur?
Sual: Salam! Bir müəssisə digər müəssisəyə olan ƏDV borcunu müəssisənin depozit hesabına deyil, cari hesabına ödəmişdirsə, bu halda müəssisəyə hansı məbləğdə cərimə tətbiq olunur. Əvvəlcədən təşəkkürümü bildirirəm.
Məmmədova Aynur
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.
Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən isə vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV-nin məbləği Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilməlidir.
Vergi Məcəlləsinin 175.8-ci maddəsinə əsasən ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir.
Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Odur ki, sözügedən vergi ödəyicisi verilmiş elektron vergi hesab-fakturasına əsasən ƏDV məbləğini depozit hesabına ödəmədikdə ödənilməmiş vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi ilə yanaşı həmin məbləğin əvəzləşdirilməsi də mümkün olmayacaqdır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın