Gəlir vergisi və sosial sığörtadan azad olan işçilərin yığım sığortası ilə bağlı AKTUAL SUAL

Gəlir vergisi və sosial sığörtadan azad olan işçilərin yığım sığortası ilə bağlı AKTUAL SUAL

 Vergilər Nazirliyi həm Vergi Məcəlləsi, həm də "Sosial Sığorta haqqında" AR Qanuna istinad etməklə bu məsələni izah edir

Sual: Bildiyimiz kimi, Vergi Məcəlləsinin 116.2-ci maddəsinə əsasən həyatın yığım sığortası üzrə ödənilən sığorta haqqları təşkilatın gəlirindən çıxılır. Təşkilatımız yığım sığortası haqqlarına 22% sosial sığorta haqqını da əlavə edib, sığortaçıya ödəyir. Sual - yığım sığorta haqqının bu hissəsi təşkilatın gəlirindən çıxıla bilır ya yox? Əvvəlcədən təşəkkürümü bildirirəm!

Məmmədova Lalə

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 98.2.5-ci maddəsinə əsasən işəgötürən tərəfindən ödənilən sığorta haqları muzdlu işlə əlaqədar alınan gəlirə aid edilir.
Digər tərəfdən, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər fiziki şəxslərin gəlir vergisindən azad edilmişdir.
Eyni zamanda, Vergi Məcəlləsinin 116.2-ci maddəsinə əsasən fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır.
İşəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır.

Müvafiq olaraq da işəgötürən tərəfindən ödənilən bütün icbari sığorta və könüllü tibbi sığorta haqları işçinin muzdlu işlə əlaqədar əldə etdiyi gəlir hesab edilsə də, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə uyğun olaraq gəlir vergisindən azad edilmişdir. Həmçinin 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır.
Vergi Məcəlləsinin 116.1-ci maddəsinə əsasən isə öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanununun müddəalrına uyğun olaraq məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir.
Qanunun 15-ci maddəsinin 10-cu abzasına əsasən sığortaedən tərəfindən ödənilən bütün növ icbari və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə sığortaedənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir.
Göstərilənlərə əsasən Vergi Məcəlləsinin 116.1-ci maddəsində qeyd edilən istisnalar nəzərə alınmaqla sığortalının ödədiyi sığorta haqları, o cümlədən də əmək ödənişinə (həyatın yığım sığortası üzrə ödənilən sığorta haqqı nəzərə alınmamaqla) nisbətdə faizlə müəyyən edilən məcburi dövlət sosial sığorta haqqı gəlirdən çıxılır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

“Vergi Məcəlləsi -2013” kitabı  – Vergi Məcəlləsi+ ən son dəyişiklik və əlavələrin şərhi – 2013

Kitabı əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
1) Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
2) Prezidentin fərmanı ilə əlavə və düzəliş edilən 131 bəndin ayrı-ayrıca izahı;
3) Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
4) Vergi orqanlarının YENI rekvizitləri;
5) Vergi Məcəlləsi, vergi qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin 23 qərarı, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.) bölməsində 23 sənəd, Vergi qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyət tədbirləri - ELEKTRON FORMADA,
6) Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını apara biləcəksiniz;

Kitabın satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər