Daşınmaz əmlakı olanlar, mütləq bu xəbəri oxusunlar...

Daşınmaz əmlakı olanlar, mütləq bu xəbəri oxusunlar...

Əmlak və ya torpaq vergilərinin ödənilməsi evin hansı sənədləri ilə tənzimlənir? Yəni həyət evinə və torpağa kupça (çıxarış) olduqda, sözügedən vergilər ödənilməlidirmi və vergi ödənişini qəsəbədə hansı dövlət qurumu həyata keçirir?

Sual: Hörmətli Vergilər. Yazıb Sizdən dəqiqləşdirmək istərdim ki, əmlak və ya torpaq vergilərinin ödənilməsi evin hansı sənədləri ilə tənzimlənir? Yəni həyət evinə və torpağa kupça (çıxarış) olduqda, sözügedən vergilər ödənilməlidirmi və vergi ödənişini qəsəbədə hansı dövlət qurumu həyata keçirir?
Bir də, dəqiqləşdirmək istərdim ki, əgər maşın üçün nəzərdə tutulan qaraj mövcuddursa və qarajın sənədləri olduqda və ya olmadıqda в– ona da torpaq vergisi ödənilməlidirmi və əgər ödənilməlidirsə onu hansı qurum həyata keçirir - MKTİ yoxsa Bələdiyyə? Təşəkkürlər.
Əli


Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyat vasitələri, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin məqsədləri üçün vergitutma obyektini təşkil edir. Əmlak vergisi məqsədləri üçün binalar dedikdə, fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış evləri, mənzilləri, bağ evləri, qarajları, digər tikililəri və onların hissələri başa düşülür.
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Nazirlər Kabinetinin 28 iyun 1999-cu il 110 nömrəli Qərarına əsasən əmlakın inventarlaşdırılmış dəyərinin 5000 manatdan çox olan (5000 manatadək olduqda vergi tutulmur) hissəsindən 0,1 faiz dərəcəsi ilə, su və hava nəqliyyat vasitələrinin mühərrikinin 1 kub santimetr üçün 0,02 manat, mühərriki olmayan su və hava nəqliyyat vasitələri üçün - onların bazar qiymətinin 1 faizi həcmində hesablanır (Vergi Məcəlləsi, maddə 198.1).
Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər torpaq vergisinin ödəyiciləri hesab olunur, onların torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir, tikililərin və qurğuların altında olan torpaqlara görə torpaq vergisi tutulur (Vergi Məcəlləsi, maddələr 204 və 208.1).
Onu da onu da nəzərinizə çatdıraq ki, fiziki şəxslərin əmlak və torpaq vergisi illik olaraq bələdiyyələr tərəfindən hesablanır, həmin vergilərin ödənilməsi barədə tədiyə bildirişi isə avqust ayının 1-dən gec olmayaraq onlara çatdırılır, hesablanmış vergilər bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərində gec olmayaraq bələdiyyə büdcəsinə ödənilir (Vergi Məcəlləsi, maddələr 198.1 və 200).
Odur ki, bələdiyyə orqanları tərəfindən xüsusi mülkiyyətinizdə olan mənzilə, habelə mülkiyyətinizdə və ya istifadənizdə olan torpaq sahələrinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və həddə hesablanmış əmlak və torpaq vergisinin məbləğinin ödənilməsi bir vergi ödəyicisi kimi Sizin vəzifənizdir. Bununla belə bu hesablanmanın qaydasının qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını aidiyyəti bələdiyyə orqanı ilə dəqiqləşdirməyiniz məqsədəuyğundur.
Sakinlər tərəfindən mənzil-istismar idarələrinə edilən ödənişlərə gəldikdə isə, bildiririk ki, ödənilən vəsait vergi növü deyil, yalnız dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsinə görə ödənilən istifadə haqqı (mənzil haqqı) və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə evlərin saxlanılması üçün göstərilən xidmət haqqıdır. Həmin tariflər də Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli 40 nömrəli Qərarı ilə müəyyənləşdirilmişdir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Xəbərlər