Təsisçidən alınan borc vəsaitin vergi öhdəliyi
Vergilər Nazirliyindən maraqlı yanaşma
Sual: Salam. “Sual-cavab” bölməsinin birində qeyd etmişiniz ki, təsisçi müəssisəyə hər hansı pul şəklində yardım edərsə və bu sonralar müəssisə tərəfindən təsisçiyə geri qaytarılmırsa, bu ödəniş müəssisənin mənfəəti kimi nəzərə alınır. Xahiş edirəm ki, bunu müvafiq Vergi Məcəlləsi, yaxud da digər mövcud qanunlarla əsaslandırasınız.
Anar Babayev
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə Vergi Məcəlləsinin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir.
Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri satışdankənar gəlirdir.
Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən də Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən alınan gəlirAzərbaycan mənbəyindən gəlir hesab edilir və ümumi qaydada vergiyə cəlb olunur.
0 Komment
Şərh yazın