Vergi uçotu baxımdan əsas vəsaitlərin köhnəlməsinin hesablanmasına sair maraqlı sual
Misal üçün 1 noyabr 2012-ci ildə Müəssisə 5000 azn dəyərində maşın əsas vəsaiti alıbdır. İndi maşının köhnəlməsi 01 yanvar 2012-ci ildən hesablanacaq? Yoxsa (5000*25%)/12=1250, bir aya düşən köhnəlmə və son iki ayı tapmaq üçün 1250/12=104.16. Deməli müəssisənin 01 noyabrda aldığı maşının köhnəlməsi 104.16*2=208.33 azn olmalıdır və ilin axırı xərcə silinir?
Sual: Salam. Mənim sualım əsas vəsaitlərin köhnəlməsi haqqındadır. Misal üçün 1 noyabr 2012-ci ildə Müəssisə 5000 azn dəyərində maşın əsas vəsaiti alıbdır. İndi maşının köhnəlməsi 01 yanvar 2012-ci ildən hesablanacaq? Yoxsa (5000*25%)/12=1250, bir aya düşən köhnəlmə və son iki ayı tapmaq üçün 1250/12=104.16. Deməli müəssisənin 01 noyabrda aldığı maşının köhnəlməsi 104.16*2=208.33 azn olmalıdır və ilin axırı xərcə silinir? Yoxsa yuxarıda göstərilən kimi 1250 azn olmalıdır və ilin axırı həmən illik köhnəlmə xərcə silinməlidir? Yəni mən bilmək istəyirəm ki, əsas vəsaitin alınma vaxtından aslı olmayaraq köhnəlmə 01 yanvardan götürülür? Xahiş edirəm ətraflı izahın verəsiniz. Əvvəlcədən təşəkkür edirəm.
Tural Məmmədov
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114-cü maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.
Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.
Vergi Məcəlləsinin 114.6-cı maddəsinə uyğun olaraq amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:
əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.
Eyni zamanda, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Vergi Məcəlləsinin qeyd olunan maddələrinə əsasən vergitutma məqsədləri üçün əsas vəsaitlərə hesablanmış illik amortizasiyasının onun istismarda olduğu və gəlirin əldə edilməsində iştirak etdiyi dövrə aid olan hissəsi gəlirdən çıxılan xərclərə aid edilir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın