HANSI HALLARDA VERGİDƏN YAYINANLARA CİNAYƏT İŞİ AÇILIR?

HANSI HALLARDA VERGİDƏN YAYINANLARA CİNAYƏT İŞİ AÇILIR?

Sual 3.  Fiziki və ya hüquqi şəxs minimum hansı məbləği vergidən yayındırdıqda ona cinayət işi açılır? Cinayət işi hansı vəzifəli şəxslərə açılır? Cinayət işinin açılması vergi orqanlar tərəfindən necə rəsmiləşdirilir?

Cavab  3.  Cinayət Məcəlləsinə  hər hansı fiziki və ya hüquqi şəxs 2000 manatdan yuxarı vergi ödəməkdən yayınarsa, onda həmin şəxs barəsində cinayət işi açıla bilər. Və həmin şəxsi hansı cəzaların gözlədiyi də aydın yazılıb. Təbii ki, bütün bunların hüquqi qüvvəyə minməsi üçün məhkəmənin qararı lazımdır.
Cinayət işinin açılan zaman vəzifəli şəxs dedikdə, vergi ödəməkdən yayınmanı yaradan vəzifəli şəxs nəzərdə tutulur. Təbii ki, müstəntiqlərin də bildirdikləri kimi bu hüquqi şəxsin baş mühasibi və direktorudur. Onlar birmənalı şəkildə belə qəbul edirlər.
Sualın cinayət işinin açılması hissəsinə gəlincə deməliyəm ki, bu başqa bir prosedurdur. Cinayət işi təkcə vergi yoxlamaları nəticəsində vergidən yayınma hallarına görə yox, həmçinin vergi ödəyicisinin 2000 manatdan yuxarı vergi borcu olarsa, həmin borcu tətbiq olunmuş tədbirlərdən sonra uzun müddət ödəməzsə də, açılır. Çünki bu hallar da vergi ödəməkdən yayınma sayılır. Əlbəttə ki, bu hallar görə həmin an cinayət işi açılmır, istintaq idarəsi tərəfindən  müəyyən  tədbirlər görülür və sonda məbləğ ödənilməsə, cinayət işi açılır.
Bu məsələdə maraqlı bir məqam var. Tutaq ki, yoxlama nəticəsində vergidən böyük məbləğdə yayınma halı aşkar edilib, ancaq vergi ödəyicisi bununla razı deyil. Bu zaman vergi ödəyicisi gecikdirmədən yuxarı vergi orqanına və məhkəməyə şikayət verə bilər.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər