Əvəzetmə əmək kitabçasına yazılmalıdır?
Sual: - Hörmətli Monitor Konsaltinq. Sizə vacib 1 sualım var. Tutaq ki, bir neçə illik mühasib stajı olan işcini əmrlə filiala baş muhasibi əvəz etməyə göndərirlər və baş mühasibin vəzifə maaşını onun üçün təyin edirlər. Belə olan halda əmək kitabçasında onun göstərilən müddətdə baş mühasibin vəzifəsini icra etdiyi qeyd edilməlidirmi? Əgər edilməli deyilsə, buna hüquqi müstəvidə izah verməyinizi xahiş edirəm.
Ramin Musayev
Cavab: - Bu məsələyə jurnalımızın əvvəlki nömrələrində toxunmuşduq. Buna baxmayaraq yenə də açıqlama vermək istərdim. Əmək kitabçalarının doldululması Nazirlər Kabinetinin 186 saylı, 26.12.1996-cı il tarixli qərarı ilə tənzimlənir. Həmin qərarda yazılıb:
3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır:
İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır.
İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır.
Qərardan aydın olur ki, əmək kitabçasında işçinin işə qəbulu, işdən azad olunması və bir işdən başqa işə keçirilməsi halları yazılır. Sizin sualınızdan belə başa düşdüm ki, işçi filiala müvəqqəti baş mühasibi əvəz etməyə göndərilib və bu hal əmək kitabçasına yazılmayıb. Əgər baş ofisdə mühasib işdən azad olunaraq filialda baş mühasib kimi işə qəbul olunarsa, artıq bu, bir işdən digər işə keçmə sayılır və hökmən əmək kitabçasında öz əksini tapmalıdır.
0 Komment
Şərh yazın