Sadələşdirilmiş vergi ödəyici aldığı malları satdıqda ƏDV ödəyicisi olduqda ƏDV məbləğini əvəzləşdirilməlidir?
Sual: ƏDV qeydiyyatinda uçotda olmayan müəssisə xaricdən mal gətirib və buna görə ƏDV ödəyib. Təbii ki, hüququ olmadığından əvəzləşdirib də. Artıq ƏDV qeydiyyatında olduğu zaman həmin malı satır, bu zaman əməliyyat ƏDV-yə cəlb olunmalıdır?
Cavab: Bu sual da çox maraqlı və praktiki bir sualdır. Bu hal Vergi Məcəlləsinin 159-cu maddəsi ilə tənzimlənir. Həmin maddənin suala aid hissəsini sitat gətirmək istəyirəm.
159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.
Siz ƏDV ödəyici kimi qeydiyyatda olmayan dövrdə mal idxal etmisinizsə və həmin mala görə gömrükdə ƏDV ödəmisinizsə, sonradan həmin malı satan zaman ƏDV ödəyici olmuşsunuzsa, onda həmin dövriyyə ƏDV-yə cəlb olunmur. Amma barada bir incə məqam var. Tutaq ki, siz sadələşdirilmiş verci ödəyicisi olan zaman 1000 manatlıq mal idxal etmisiniz və tutaq ki, gömrükdə 180 manat ƏDVi ödəmisiniz. Bir müddətdən sonra artıq siz ƏDV ödəyicisi kimi uçota alınmısınız. ƏDV ödəyicisi olan zaman həmin 1180 manatlıq malı artıq 1500 manata satmaq istəyirsiniz. Bu zaman artıq ƏDV-yə cəlb olunmayan dövriyyə 1500 manat yox, 1180 manat olacaq. Yəni satdığnız 1500 manatdan 1180 manat ƏDV-yə cəlb olunmur, qalan 320 manatın (1500-1180) ƏDV-si ödənilir. Əgər siz həmin malı 1180 manata satsanız, onda bütöv dövriyyəniz ƏDV-yə cəlb olunmayacaq.
0 Komment
Şərh yazın