Vətəndaşdan alınan mala görə vergi öhdəlyi kimin üzərində qalır və sənədləşmə necə aparılmalıdır?

Vətəndaşdan alınan mala görə vergi öhdəlyi kimin üzərində qalır və sənədləşmə necə aparılmalıdır?

Sual: - Vergi ödəyicisi olmayan fiziki şəxslərdən Alış aktına əsasən alınmış mal-material ehtiyatlarına görə hər hansı vergi öhdəliyi yaranırmı? Bilmək istəyirəm ki, müqa-

vilədə göstərilmiş məbləğdən gəlir vergisinin şkalasına uyğun dərəcə ilə həmin verginin ödəyicisi olmayan şəxsdən ödəmə mənbəyində vergi tutmalıyıq? Çeklə, lakin qaimə-fakturasız alınan mala mədaxil aktı yazılmalıdır? Əgər yazılmalıdırsa, sənədi kimlər imzalamalıdır? Əvvəlcədəntəşəkkürümü bildirirəm.

Kamalis Nağıyev

Cavab: - Vergi Məcəlləsinin verdiyiniz sualla bağlı maddələrinə nəzər yetirək.

Maddə 101. Gəlir vergisinindərəcəsi

101.1. Aylıq gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:

Fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci, 150.1.2-ci, 150.1.3-cü və 150.1.7-ci maddələrinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi bu

maddədə nəzərdə tutulan 1-ci cədvələ uyğun olaraq hesablanır və dövlət büdcəsinə ödənilir.

Maddə 150. Ödəmə mənbəyində verginin tutulması qaydası

150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə

haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar;

Hər iki maddə sualın birinci hissəsinə tam cavab verir. Sizin qeyd etdiyiniz halda vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxsə işlərə və xidmətlərə görə ödənilən

məbləğdən həmin vəsaiti ödəyən ödəmə mənbəyində vergi tutub ödəməlidir. Mala görə isə siz tərəfdən heç bir vergi öhdəliyi yaranmır, bu halda vergini malı satan

şəxs özü ödəməlidir, vergi öhdəliyi onun üzərindədir.

Sualın ikinci hissəsinə gəlincə, deyim ki, qaldırdığınız məsələ çox maraqlı və praktikidir. Praktikada tez-tez bu məsələ ilə rastlaşırıq. Hər hansı bir mağazadan mal alanda əksər hallarda bizə ancaq çek verilir. Çekdə isə aldığımız malların adı ayrı-ayrı yazılmır, ancaq ümumi məbləğ qeyd olunur, əlavə olaraq qaimə də verilmir. Belə hallarda təcrübədə qəbul olunmuş vasitədən istifadə olunur. Müəssisədə ən azı üç nəfərdən ibarət komissiya təşkil olunmalı dır. Çeklə mallar alınan zaman həmin komissiya yerində baxış keçirməli və akt tərtib etməlidir. Aktda malların hansı ünvanda yerləşən mağazadan alınması, miqdarı, vahidinin qiyməti, məbləği kimi göstəricilər əksini tapmalıdır. Tərtib olunan akt komissiya üzvləri tərəfindən imzalanmalıdır. Komissiya üzvləri (3 nəfərdən az olmaq şərtilə) müəssisənin rəhbərinin müvafiq əmri ilə rəsmləşdiri-

lir

 

0 Komment

    Şərh yazın

    Xəbərlər