NƏĞD ÖDƏNİLƏN ƏDV-NİN HANSI HİSSƏSI GƏLİRDƏN ÇIXILIR?

NƏĞD ÖDƏNİLƏN ƏDV-NİN HANSI HİSSƏSI GƏLİRDƏN ÇIXILIR?

- Nəğd qaydada ödənilmiş ƏDV-in məbləği gəlirdən çıxılan xərclərin dəyərinin artırır?

- Vergi Məcəlləsində gəlirdən çıxılan vergi məbləğləri haqqında məlumat verilib. Müvafiq maddəyə nəzər salmamışdan gəlin bu məsələyə məntiqlə yanaşaq. Tutaq ki, vergi ödəyicisi ƏDV-ni bankla yox, nəğd formada ödəyib və bunu əvəzləşdirə bilmir. Məsələn, 1000 manatlıq mal alınıb, bunun ƏDV-si 180 manatdır. Alınan malın dəyəri nəğd formada ödənilib. Sonra müəssisə həmin malı 1416 (1200 + 216 manat (ƏDV)) manata satıb. Burada maraqlı bir məqam var. Əgər müəssisə alınan malın dəyərini qaydalara uyğun formada bankla və depozitlə ödəsəydi, onda 180 manat ƏDV-ni 216 manatla əvəzləşdirəcəkdi. Və büdcəyə 216 – 180 = 36 manat ƏDV ödəyəcəkdi. Həmçinin müəssisənin mənfəəti də 200 manat (1200 – 1000), mənfəət vergisi isə 40 manat (200 * 20%) olacaqdı. Bu zaman müəssisənin cəmi ödəyəcəyi vergi 36 + 40 = 76 manat olacaqdı.

Amma müəssisə nəğd formada ödədiyindən 180 manatı əvəzləşdirə bilmir. ƏDV-nin prinsiplərinə uyğun olaraq o son istehlakçıdır, ona görə də 180 manat büdcəyə ödəmiş kimi qeyd olunur. Müəssisə ƏDV-ni digər vergi ödəyicisinə ödəyir, təbii ki, o da öz növbəsində malı satığına görə həmin məbləği büdcəyə ödəməlidir. Məntiqlə yanaşsaq, daha sonra həmin 180 manatı gəlirdən çıxmamaq düzgün olmazdı. Odur ki, müəssisənin mənfəəti 20 manat (1200 – 1000 -180), mənfəət vergisi isə 4 manat (20 * 20%) olacaq. Sonda müəssisənin ödədiyi vergi 184 manat (180 + 4) olacaq. Bütün bu hesablamaları verməkdə məqsədim məntiqlə yanaşanda əvəzləşdirilməmiş ƏDV-nin gəlirdən çıxılmasının düzgün olduğunu bildirməkdir.
Vergi Məcəlləsinin 119-cu maddəsində də bu haqda yazılıb. Həmin maddə də dediklərimin doğruluğunu təsdiqləyir. Belə ki, maliyyə sanksiyaları, faizlər, mənfəət vergisi və həmçinin gəlirdən hesablanan digər vergilərin gəlirdən çıxılmasına yol verilmir. Bundan əlavə, burada ƏDV anlayışının da açılışı var. Oxuculara daha aydın olsun deyə əvvəlcə məcəlləyə nəzər salaq, sonra sadə formada açılışına baxaq.
Maddə 153. Əlavə dəyər vergisi anlayışı
Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.
Maddəni diqqətlə oxuyun. Deməli, ƏDV dövriyyədən hesablanılmış vergi ilə əvəzləşdirilən vergi arasındakı fərqdir. Yuxarıda dediyim kimi 36 manat (216 manat – 180 manat) ƏDV adlanır. Yox, əgər əvəzləşdirmə yoxdursa, onda bu artıq ƏDV sayılmır, həmin məbləğ malın dəyərində əks olunur və satılanda gəlirdən çıxılır. Bayaq qeyd etdiyim 1200 – 1180 əməliyyatı. Odur ki, əvəzləşdirilməyən ƏDV artıq ƏDV-si anlayışına uyğun gəlmir və gəlirdən çıxılmalıdır.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər