Sadələşdirlmiş vergi ödəyiciləri 4 faiz amma ... ƏDV ödəyəcəklər?
İqtisadçı-ekspert Vüqar Bayramov “2018–2020-ci illərdə Azərbaycan Respublikasinda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı”nda nəzərdə tutulan vergi dəyişiklikləri ilə bağlı sənəddə nəzərdə tutulan fəaliyyətlərin şərhini təqdim edib:
"Ən çox soruşulan məsələ təbii ki, sadələşdirilmiş vergi sisteminin ləğv edilib-edilməməsi ilə bağlıdır. Proqrama əsasən, sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və bu vergi dərəcəsinin diferensiallaşdırılması nəzərdə tutulur. Belə ki, sənədə görə Vergilər Nazirliyi sahibkarların sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanmasını nəzərdən keçirəcək və müxtəlif sektorlar və ölçüsündən asılı olaraq onlar üçün mərhələli yanaşma planı tərtib ediləcək. Bu o deməkdir ki, sadələşdirilmiş vergi ödəyicilərinin mərhələli şəkildə differensial vergi ödəyəcəsinə çevrilməsinə çalışılacaq. Sənəd birmənalı şəkildə sadələşdirilmiş vergi sistemin ləğv ediləcəyini vurğulamasa da differensial vergi sisteminə keçid xüsusi tədbir kimi nəzərdə tutulur. Bu isə o deməkdir ki, bu tədbirlər reallaşarsa sadələşdirilmiş vergi ödəyiciləri mərhələli şəkildə ƏDV ödəyiciləri olacaqlar. Doğrudur, differensial ƏDV-ə keçid qiymətləndiriləndən sonra bununla bağlı qərar veriləcək. Əgər bu baş verərsə o zaman sadələşdirilmiş vergi ödəyiciləri mərhələli şəkildə differensial vergi ödəyicisinə çevriləcək. Deməli, müəyyən müddətdən sonra bütün sadələşdirilmiş vergi ödəyiciləri differensial ƏDV ödəyicilərinə çevrilə bilərlər. Proqrama əsasən, bu proses 2020-ci ildə yekunlaşmalıdır. Bu zaman sadəcə hansı sektorda deyil, eləcə də dövriyyə nəzərə alınmaqla differensial ƏDV ödəyiciləri müəyyənləşdiriləcək. Məsələn, ardıcıl 12 ay 150 min manat dövriyyəsi olan sahibkar indi 4 faiz sadələşdirilmiş vergi ödəyirsə ona dəyişikliklərdən sonra eyni faizlə, yəni 4 faiz differensial ƏDV ödəmək təklif oluna bilər. Əslində biz təklif edirik ki, transformasiya bu meyarla həyata keçirilsin. Burada məqsəd isə sahibkarın vergi yükünü kəskin artırmadan vergi uçotunun təkmilləşdirilməsi və nağdsız ödənişlərn genişləndirilməsi ola bilər.
Proqramda Azərbaycanın ƏDV dərəcəsinin nisbətən yüksək olduğu ölkələr sırasına aid olduğu bildirilir və digər amillər nəzərə alınmaqla burada da ƏDV dərəcələrinin məhsul və xidmət qrupları üzrə differensiallaşdırılması həyata keçirilməsi təklif olunur. Bu isə o deməkdir ki, sektorlardan və dövriyyədən asılı olaraq differensial ƏDV-nin tətbiqi mümkündür və bu zaman prioritet və həssas sahələrdə daha aşağı faizli vergi tətbiq olunacaq. Qeyd edim ki, uzun illərdir differensial ƏDV-nin tətbiq edilməsini təklif etsək də bu istiqamətdə hələlik real addımlar atılmayıb. Məsələn, tədqiqatla məşğul olan sahibkarlıq subyekti “0” faizli ƏDV-ə, prioritet sektorlarda, o cümlədən turizmdə fəaliyyət göstərən müəssisələr 18 faiz deyil, 10 faizlə ƏDV-ə cəlb oluna bilər.
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
012 564 86 85, 050 368 12 72, [email protected]
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın