“Vergi Məcəlləsində əsas vəsaitlərin dəyəri devalvasiyalara görə artırılmalıdır”

“Vergi Məcəlləsində əsas vəsaitlərin dəyəri devalvasiyalara görə artırılmalıdır”

Tanınmış vergi eksperti Emin Səttarov əsas vəsaitlərin dəyəri ilə bağlı maraqlı açıqlama verib: “Əksər sahibkarlıq subyektləri öz fəaliyyətlərini həyata keçirərkən digər aktivlərdən istifadə etdiyi kimi əsas vəsaitlərdən də istifadə edir. Əsas vəsaitlər kapital xarakterli xərclər hesabına formalaşır və bir iqtisadi tsikldə öz formasını dəyişmir və dəyərini hissə-hissə hazırlanan məhsulun və ya işin dəyərinə ötürür. Vergi Məcəlləsinin 13-cü maddəsində əsas vəsait anlayışı nəzərdə tutulmuşdur və həmin maddədə də qeyd edilib ki, əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. Toxunacağımız məsələ əsas vəsait üçün şərtlərdən biri olan 500 manat həddinin indiki iqtisadi şəraitlə uyğunluğunu təhlil etməkdir.

Əsas vəsait olan avadanlıqlar, maşın və qurğular sənaye istehsalı məhsullarıdır. Mərkəzi Bankın Pul siyasəti icmalında 2017- ci il üçün sənaye məhsullarının istehlakçı qiymətləri indeksinin 37 faiz artdığı göstərilir. Bu göstərici 2016-cı ildə də artmışdı ( 26 faiz həddində). Aktivlərin dəyərindəki ilbəil olan bu artımlar aktivlərin nominal dəyərinin artmasına səbəb olur.
Bununla belə ötən illərdə (2015 və 2016-cı illərdə) monetar siyasətdə olan dəyişiklik- milli valyutanın xarici valyuta qarşısında 2 dəfəyədək dəyər itirməsi əksəriyyəti idxal sənaye məhsulu olan əsas vəsaitlərin dəyərində birbaşa öz təsirini göstərdi. Nəticədə sahibkar əsas vəsait alışına iki dəfədən çox pul xərcləsə də, bu məsrəflərini xərcə amortizasiya şəklində - 20 faiz həddində daxil edir. Xərcə sala bilmədiyi hissə isə faktiki olaraq aktivin qiymət artmasının nəticəsi kimi sahibkar artıq pul xərcləyib xərcə silə bilmir. Manatın dəyərsizləşməsi kiçik sahibkarlara ciddi təsir etdiyindən onların vəziyyəti yaxşılaşdırmaq üçün 500 manat həddi artırılmalıdır. Bu artım ən azı 500 manat qanuna daxil edildiyi vaxtdan bu günədək sənaye məhsullarındakı infilyasiya faizi nəzərə alınıb indeksləşdirilməlidir. Bununla da sahibkarlar kapital xarakterli xərclərini vergi məqsədləri üçün xərcə silmək imkanı əldə edəcəklər.”

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər