"Bu verginin tətbiq olunması bankların müştəri itirməsinə və müştəri məmnuniyyətinə təsir etdi"

"Bu verginin tətbiq olunması bankların müştəri itirməsinə və müştəri məmnuniyyətinə təsir etdi"

Nicat İmanovdan bu məsələ ilə bağlı maraqlı və əsaslandırılmış cavab

Xəbər verdiyimiz kimi, 05 may 2018-ci il tarixdə “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumu (FIF2018) baş tutub. Mks.az saytı olaraq, Milli Mühasiblər Forumundan olduğu kimi bu tədbirdən də maraqlı və faydalı məlumatları diqqətinizə çatdıracayıq. 

"Sual-cavab" rubrikası zamanı iştirakçılardan Elnur adlı şəxs elektron ticarət zamanı xidmət haqqından tutulan 18 faiz ƏDV-lə bağlı iradını bildirib: "01 yanvar 2017-ci il tətbiq olunan bu vergi bankların nüfüzüna təsir edir. Belə ki, banklar kart müştərilərini itirirlər, həmçinin müştəri məmnuniyyəti aşağı düşür. Bu verginin tətbiqindən sonra böyük axın qonşu ölkələrdə, misal üçün Gürcüstan, Türkiyə, Rusiya və s. kimi ölkələrin bank sistemində kart hesabları açdılar ki, bu da bankın müştəri itirməsinə, həmçinin pul axına səbəb oldu. Sualım ondan ibarətdir ki, artıq elektron ticarətə tətbiq olun vergidən uzun müddət keçib. Vergilər Nazirliyinin nümayəndələri banklarla müzakirə aparıblar ki, bu verginin tətbiqi banklara necə təsir edib?"

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov sualı cavabı çox maraqlı olub: "Bu məsələ ilə bağlı 2 konseptual məsələyə diqqət yetirməliyik. Birincisi,  Vergi Məcəlləsinin 3-cü maddəsində qeyd olunur ki,  Vergilər ədalətli, bərabər və diskriminasiya xarakteri daşımamılıdır. Dəyişikliyə qədər, gəlin bir hala baxaq.  Qeyri-rezident, eyni zamanda rezident şirkət vətəndaşa xidmət göstərir. Rezident şirkətin bu xidmətə görə əlavə dəyər vergisi ödəyirdisə, qeyri-rezident bu ƏDV-ni ödəmir və alıcı tərəfindən ödənilməsi mexanizmi də yox idi. Nəticədə ölkə bazarında eyni fəaliyyəti həyata keçirilənlər üçün əlverşiz şərait yaratmışdıq ki, qeyri rezident bazarı vətəndaş üçün daha əlverişli idi. Niyə, cünki, qeyri-rezidentin satışı zamanı 18 faiz ƏDV məbləği yox idi, vergi tutma baxımdan diskriminasiya və bərabərlik pozulurdu. Qeyri-rezidentə yumşaq, rezidentə ağır vergi mühiti ola bilməzdi. İkincisi, Vergi Məcəlləsinin 154-cü maddəsində qeyd edilir ki, kimlər ƏDV ödəyicisidir. Qeyri-rezident alınan mal və iş xidmət alanlar ƏDV ödəməlidir. Bu baxımdan da elektron ticarətin ƏDV-yə cəlb olunması labüd idi."

Nicat müəllim banklarla müzakirə məsələsinə fikrini bildirib: "Vergilər Nazirliyi bankları təmsil edən təşkilatlarlarla ən azı rübdə bir dəfə görüş keçirir. Bu müzakirələr zamanı hər hansı maliyyə axından söhbət getməyib. Hər hansı vətəndaş alacağı oyuna və ya kitaba görə 3-5 manatlıq ƏDV ödəməməkdən ötrü xaricdə hesab aça bilməz. Yalnız iri ödənişlər üçün bunu kimlərsə edi bilər ki, bunlar da sahibkarlardır. Vergidən yayınmaq üçün özünün və ya yaxın adamının adına hesab açıb bu əməliyyatlar həyata keçirirlər. Bu cür məsələlər tərəfimizdən araşdırılır. Hər zaman qeyd etdiyimiz kimi, bildiririk ki, hər kəs öz işində şəffaf olmalıdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs könüllü vəya məcburi ƏDV qeydiyyatına duraraq, elektron ticarət zamanı ödədiyi ƏDV-ni də əvəzləşdirmə hüququna malikdir."

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər