Rafiq Nəcəflinin təqdimatında: Gəlirdən çıxılan xərclərlə bağlı bu il Vergi Məcəlləsində nələr dəyişib?

Rafiq Nəcəflinin təqdimatında: Gəlirdən çıxılan xərclərlə bağlı bu il Vergi Məcəlləsində nələr dəyişib?

Mövzuya “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə baş mütəxəssisi Rafiq Nəcəfli aydınlıq gətirir.

2024-cü il Vergi Məcəlləsində gəlirdən çıxılan xərclərlə bağlı əsas dəyişikliklərdən biri 109.8-ci maddə ilə bağlıdı. Həmin maddəyə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar, habelə daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.

2024-cü ilə kimi qanunvericiliyə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınan malların dəyərinin gəlirdən çıxılan xərc olaraq tanınmasında heç bir məhdudiyyət yox idi. 2024-cü il yanvarın 1-dən etibarən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar, habelə daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla gəlir və xərc məbləğlərinin ən yüksəyinin 2%-i həddində məhdudlaşdırılır.

Misal 1: Müəssisə il ərzində vətəndaşdan elektron alış aktı vasitəsilə 150.000 manat dəyərində daşınmaz əmlak və elektron alış aktı vasitəsilə 12.000 manat dəyərində mal alıb. Müəssisənin 2024-cü il ərzində gəlirləri 500.000 manat, elektron alış aktları ilə olan alışlar nəzərə alınmadan xərcləri isə 300.000 manat olub. Bu halda alış aktı vasitəsilə alınan 150.000 manat dəyərindəki daşınmaz əmlakın dəyərini müəssisə tam məbləğdə Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən  amortizasiya ayırmaları şəklində gəlirindən çıxacaq.

Müəssisənin gəlirləri xərclərindən daha yüksək (500.000 manat) olduğu üçün elektron alış aktı ilə alınmış malların dəyərinin xərc kimi gəlirdən çıxılması həddi 10.000 manatla məhdudlaşdırılır:  

500000 x 2% = 10000 manat.

Bu səbəbdən alış aktı vasitəsilə alınmış 12.000 manatlıq malın 10.000 manatı  gəlirdən çıxılan xərc olaraq tanınır, artıq olan 2.000 manatı isə müəssisənin xalis mənfəətindən çıxılır.

Həmçinin, 2024-cü ilə kimi Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura olmadan nəzarət-kassa aparatı vasitəsilə alınmış malların alışına çəkilən xərclər gəlirdən çıxılmırdı. 2024-cü il yanvarın 1-dən etibarən Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət-kassa aparatının çeki əsasında alınmış mallar üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin 2 faizi həddində məhdudlaşdırılır.

Misal 2: Müəssisə il ərzində Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət kassa aparatının çeki əsasında 15.000 manat dəyərində mal alıb. Həmçinin, nəzarət-kassa aparatının çeki və ya  kassa mədaxil qəbzi ilə 4.000 manatlıq xidmət alınıb. Müəssisənin il ərzində gəlirləri 700.000 manat, xərcləri isə 600.000 manat olub. Bu halda müəssisənin nəzarət-kassa aparatının çeki əsasında alınan mallara çəkilən xərclərinin 14.000 manat məbləğini gəlirdən çıxılan xərc kimi tanımaq hüququ vardır,

700000 x 2% = 14000 manat.

Artıq qalan 1.000 manat isə müəssisənin xalis mənfəətindən çıxılır. Həmçinin, nəzarət-kassa aparatının çeki vasitəsilə yalnız mal alışının dəyəri gəlirdən çıxılan xərclərə aid edildiyi üçün 4.000 manat xidmət haqqı gəlirdən çıxılan xərclərə aid edilməyəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
3. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
4. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
5.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər