Vergi Məcəlləsində əsaslı dəyişikliklər olacaq

Vergi Məcəlləsində əsaslı dəyişikliklər olacaq

Vergi Məcəlləsinə yeni əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihəsi hazırlanıb. Xəbəri Maliyyə Nazirliyi paylaşıb.

Nazirliyin məlumatında bildirilir ki, qanun layihəsi 60 maddədən ibarət olmaqla, Məcəllənin 154 maddə və yarımmadəsini əhatə edir: “Təklif edilən maddələrin 33-ü elektron vergi hesab-fakturanın ləğvi və əməliyyatın xarakterindən asılı olaraq müxtəlif növdə elektron qaimə-fakturaların tətbiqi üzrə, 17-si ƏDV-nin hesablanması və ödənilməsində vahid yanaşmanın tətbiqi (kassa metodu)üzrə , 16-sı  bina tikintisində sadələşdirilmiş verginin ləğvi üzrə, 15-i yalan əqdlər və riskli vergi ödəyiciləri üzrə, 12-si aksiz dərəcələrinə yenidən baxılması üzrə, 13-ü azadolmalar üzrə, 4-ü POS-terminalların quraşdırılmasına nəzarət və yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi üzrə, 3-ü sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi sahəsində təkmilləşmə üzrə, 3-ü mərkəzləşdirilmiş qaydada uçotu alınma üzrə, 3-ü tikinti şirtkətləri tərəfindən yaşayış və qeyri yaşayış sahələrindən dövlətə ayrılan hissədən vergitutma üzrə, 2-si Transmilli Şirkətlər Qrupu üzrə hesabatlılıq üzrə, 2-si Beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda digər dövlətin vergi orqanları ilə birgə yoxlamaların keçirilməsi üzrə dəyişiklikləri nəzərdə tutur.

31 maddədəki dəyişikliklər isə redaktə və dəqiqləşdirmə xarakterlidir.

Qanun layihəsi gələn həftə Milli Məclisin müvafiq komitəsində müzakirə edildikdən sonra noyabrın 12-si, 13-2 və 14-də parlamentə təqdim ediləcək.

Dəyişikliklərin 1 yanvar 2020-ci ildən qüvvəyə minməsi nəzərdə tutulur.

Təklif olunan əlavə və dəyişikliklər barədə əlavə məlumat veriləcək.

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər