Vergi orqanı bağlı yaranan AKTUAL 5 PROBLEMlə bağlı 3 MÖVQE

Vergi orqanı bağlı yaranan AKTUAL 5 PROBLEMlə bağlı 3 MÖVQE

Vergi orqanları tərəfindən yaradılan problemlərin siyahısı açıqlanıb. Vergi eksperti Vəli Əliyev fed.az-a problemlərin siyahısı açıqlanıb. Sosial şəbəkədə Vergilər Nazirliyinin nümayəndəsininin bu məsələ bağlı açıqlaması da özünü çox gözlətməyib. Mks.az hər iki tərəfin mövqeyini həmkarlarımıza çatdırır və öz mövqeyini də bildirir.

Problemin adı: “Bankdan nağd vəsaitilərin çıxarılması zamanı əlavə sənədlərin tələb olunması”

Problemin qoyuluşu: “Maliyyə Bazarlarına Nəzarət Palatasının və Vergilər Nazirliyinin göstərişini əsas gətirərək nağd pulu çıxarılmasına icazə vermirlər: «Təsəvvür edin, mən şirkət və ya fiziki şəxsəm, bank hesabımda pul var. Bu pulun mülkiyyətçisi və bankın müştərisiyəm. Mülki Məcəllənin 954-cü maddəsinə əsasən "bank, hesaba daxil olan pul vəsaitini qəbul etmək, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirmək bankın borcudur. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində məhdudiyyətlər qoya bilməz." Sadə dillə desək bankın vəzifəsi odur ki, hesabımdakı pul ilə bağlı mənim tapşırığıma əməl edib xidmət haqqı alsın. Amma mən bu pulu nağd şəkildə çıxarmaq və ya köçürmək istəyərkən qadağa ilə üzləşirəm».
V.Əliyev deyir ki, sözügedən qanun bir ay ərzində yalnız 15 (və ya 30) min manatdan artıq məbləğin digər şəxsə nağd ödənilməməsinə tələb qoyur: «Hətta qadağan da etmir, sadəcə tələb qoyur və bildirir ki, belə hall olsa, bu məsuliyyətə (maliyyə sanksiyasına) səbəb olur. Amma buna baxmayaraq qanunsuz şəkildə bank hesabından pulun çıxarılması qadağan edilir».

Vergilər Nazirliyinin nümayəndəsinin qeydi: “Vəsaitlərin nağdlaşdırılması ilə bağlı "Nağdsız hesablaşmalar haqqında" qanun xaric Vergilər Nazirliyinin hər hansı tələbi və göstərişi yoxdur”

Mks.az saytının mövqeyi: Bu məsələ ilə bank rəsmiləri bildirirlər ki, “Nağsız Hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci bəndinə əsaslanırlar. Qeyd edim ki, Qanunun 4.1.-ci maddəsində bildirilir ki, bu Qanunun tələblərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bu bənddəki müvafiq icra hakimiyyəti orqanı Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Fikrimcə, bu məsələdə vergi orqanı günahlandırmaq düzgün olmazdı.

Problemin adı: “Fəaliyyətini dayandırmış vergi ödəyicilərinə da vergi hesablanır”

Problemin qoyuluşu: «Hesab edək ki, hansısa MMC 2017-ci ildə fəaliyyətini 4 illik müddətinə dayandırıb. Qanunvericilik, daha dəqiqi Vergilər Məcəlləsinin 67.8-ci maddəsi deyir ki, şəxs fəaliyyətin dayandırıbsa və bu barədə vergi xidmətinə xəbər veribsə, vergi xidmətinin hüququ yoxdur ki, fəaliyyətini dayandırdığı dövrdən sonrakı dövr üçün ona vergi hesablasın». Vergi Məcəlləsinin tələbinə baxmayaraq hazırda fəaliyyətini dayandırmış ödəyicilərə vergi hesablanmaqdadır: «Bu gün fəaliyyətini dayandırmış vergi ödəyicilərinə kütləvi sürətdə vergi hesablanr, onlara bildirişlər və qərarlar göndərilir».

Vergilər Nazirliyinin nümayəndəsinin qeydi: “Fəaliyyətini dayandırmış ödəyicilərə kütləvi şəkildə vergilər hesablanması ümumiyyətlə cəfəngiyyatdır. Əlbəttə, əgər sizin dediyiniz ödəyici faliyyətini dayandırıb. amma bank hesablarına köçürmələr alırsa, bu başqa məsələdir.”

Mks.az saytının mövqeyi: Bu məsələ ilə bağlı konkret hər hansı fakta rast gəlmədiyimizə görə fikir bildirmirik.

Problemin adı: «Bank hesablarına sərəncam qoyulması halda tam məbləğin bloklanması»

Problemin qoyuluşu: «Hazırda elə vergi ödəyiciləri var ki, dəqiqləşmiş bəyannamə versələr də vergiləri azalmır, əksinə bu sənəd qəbul edilmir və onların hesablara həbs dondurulmaqla, müəssisə iflic vəziyyətə düşür. Qəbul olunmayan bəyannaməyə görə, şirkətin bank hesabı aylarla bağlı qalır. Problemi həll etmək üçün ödəyici hər gün şikayət, məktub yazmalı, 195-ə zəng eləməlidir və sair».

Vergilər Nazirliyinin nümayəndəsinin qeydi: “Vergilər Nazirliyi hətta rəsmi mövqeyini də bildirib ki, vergi borcuna görə bank hesabındakı dondurulmuş müəyyən həcmdə məbləğə görə bank hesabı tam şəkildə bloklana bilməz. “

Mks.az saytının mövqeyi: Hesabın dondurulması yox bloklaşdırılması bankların səhvi nəticəsində baş verir. Amma etiraf edək ki, dövlət sosial sığorta və işsizlikdən sığorta hesabatlarının təqdimi zamanı ödənilən məbləğlərin şəxsi hesab vərəqəsi yox “Sosial üzrə bölüşdürülməmiş hesablar”da cəmləndiyinə görə kifayət qədər vergi ödəyicilərinin bank hesabına əsassız olaraq borc sərəncamları qoyuldu. Yaxın zamanlarda bu məsələ ilə bağlı yaranan problem aradan qaldırılsa da, təəssüf ki, tam olaraq həll edilməyib.

Problemin adı: “"Vergi ödəyicilərinin vergi ilə bağlı göstəriciləri azaldığı halda riskli vergi ödəyicisi hesab olunur”

Problemin qoyuluşu: “Vergi xidmətindən məktub gəlib, bildirilir ki, 2016-də şirkətin rentabelliyi 10%, 2017-ci ildə 7% olub, 2018-ci ildə isə sıfır faizdir. Vergi sistemi bu vəziyyəti vergidən yayınma riski hesab edir. Halbuki bu biznesdir, mənfəət aşağı həddə də ola bilər, ümumiyyətlə sıfıra da enər. Hansı qanunvericilik norması müəyyən edir ki, mənim rentabelliyim konkret nə qədər olmalıdır?».

Vergilər Nazirliyinin nümayəndəsinin qeydi: “Vergilər Nazirliyi hər hansı tələbi və göstərişi yoxdur. Rentabelliyin sıfıra düşməsi ilə bağlı vergi riski - təkcə mənfəətin sıfırlaşdırılması əsasında deyil, müəssisənin bir çox başqa göstəriciləri əsasında risk yaranma modulu əsasında müəyyən edilir. Sizin dövriyyə, əmlak göstəriciləriniz yüksəkdirsə, 2 milyon manatlıq dövriyyə göstərə bilərsiniz, mal idxal edə bilərsiniz, satış həyata keçirə bilərsiniz, amma mənfəətinizi sıfır göstərirsizdə, satış menecerinizə 150 manat, direktora 200 manat əmək haqqı yaza bilirsizsə, sizdə vergidən yayınma riskinin olması göstərilə bilər. Bu hələ risk göstəricisidir. Ümumiyyətlə, risk göstəricisi bir göstərici əsasında müəyyən edilmir. Yoxlanmalıdır.”

Mks.az saytının mövqeyi: Vergi orqanları tərəfindən vergi ödəyiciləri üçün risk kriteriyaları hazırlanıb, o səbəbdən müəyyən risk qrupuna aid olanlar üçün bu cür sorğuların olması başa düşüləndir.

Problemin adı “Şikayətlərin araşdırılmaması və gec araşdırılması”

Problemin qoyuluşu: "Bütün bu hallar çoxsaylı şikayətlərin yaranmasına səbəb olub. Ekspert bildirir ki, vəziyyəti çətinləşdirən digər məqam, şikayətlərə vaxtında və obyektiv baxılmaması, şikayətlərin araşdırılması zamanı da qanun pozuntularına yol verilməsidir: «Nazirlikdə çox böyük şikayətlər departamenti var, səhv etmirəmsə, 90-a yaxın əməkdaş çalışır. İşi araşdıran əməkdaşlardan biri deyir ki, mənim icraatımda 300 iş var, bunlara nə vaxt baxılacağı məlum deyil»".

Mks.az saytının mövqeyi: Vergi Məcəlləsinə 01 yanvar 2019-cu il tarixdən edilən 240-ə yaxın dəyişikliklərin olması, həmçinin sosial və işsizlikdən sığorta hesabatları və ödəniş nəzarət funksiyasının Vergilər Nazirliyinə verilməsi səbəbindən vergi işçilərinin iş yükü həddən artıq artılıb. Düşünürük ki, vergi işçilərin sayını və yeni sistemlə bağlı bilik və bacarıqlarının artırılmasını, texniki təminat sisteminin gücləndirilməsi ilə bağlı artıq ötən ildən başlayaraq fəaliyyətlər həyata keçirmək lazımdır. Həmkarlarımız da bildirir ki, kifayət qədər müraciətləri var ki, bir aya yaxındır ki, hələ də cavablandırılmayıb.


Hörmətli həmkarlar, qeyd edilən problemlərlə bağlı Sizin də mövqeyinizi bilmək istərdik.

 

 

2 Komment

  1. Recebov Famil 25 Aprel 2019

    tesdiq olunmamiw azalmalar haqqinda ,risklimuessiseler haqqinda melumat vermeyinizi xahiw edirem

  2. Baxtiyar Hamidov 29 Aprel 2019

    «Bank hesablarına sərəncam qoyulması halda tam məbləğin bloklanması» ilə banklarda bu şəkildə proqram təminatı yoxdur ki, hesabdakı məbləgin bir hissəsinə blok qoysun. Bunun üçün sərəncam baglı bankda elave hesab açılmalıdır və sərəncamda olan məbləğ əlavə açılmış hesaba köçürülməli və bloklanmalıdır. Mənim şərhim haqqında məlumat verməyinizi xahiş edirəm

Şərh yazın

Xəbərlər