Beynəlxalq daşınmalar zamanı ƏDV necə tənzimlənir?

Beynəlxalq daşınmalar zamanı ƏDV necə tənzimlənir?

Satışı yalnız kitabxanalarda həyata keçirilən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Təcrübədə olur ki, vergi ödəyiciləri ixrac zamanı malların gömrükdən sonra daşınmasını həyata keçirirlər. Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində bu məsələ nəzərə alınıb. Qeyd edilir ki, beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi, habelə beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi əməliyyatı zamanı ƏDV 0 (sıfır) dərəcə ilə tətbiq olunur.  
Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinə əsasən, beynəlxalq daşıma dedikdə, yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınması başa düşülür. Maddədən göründüyü kimi, daşınma zamanı sərhəd yox, Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi əsas götürülməlidir. 
Misal. “A” MMC Türkiyədən mal idxal edir. Razılaşmaya əsasən, qeyri-rezident tərəfindən malların beynəlxalq daşınması xərci 8 000 dollardır. Bu zaman 8 000 dollar daşınma xərci əməliyyatına ƏDV 0 (sıfır) dərəcə ilə tətbiq ediləcək.  
1 yanvar 2022-ci il tarixdən Vergi Məcəlləsinin 165.1.4-cü maddəsinə edilən dəyişikliyə əsasən, beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi əməliyyatından ƏDV sıfır (0) dərəcə ilə tutulacaq.
Misal. Vergi ödəyicisi xaricdə olan malların gətirilməsi üçün ekspeditor xidmətlərini göstərən şəxslə müqavilə bağlayıb. Müqaviləyə əsasən, ekspeditor xidmətlərini göstərən vergi ödəyicisi həmin malların üçünçü şəxsin vasitəsilə ölkəyə gətirilməsini təmin edəcək və həmin xidmətin göstərilməsi üçün malları idxal edən şəxsdən 4 000 dollar ödəniş alacaq. 
Malların idxalını həyata keçirən şəxsin ekspeditor xidmətlərini göstərən vergi ödəyicisinə ödədiyi 4 000 dollar sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb ediləcək.
Maddədə diqqət çəkən digər məsələ beynəlxalq sərnişin daşınması ilə bağlı əməliyyatlardır. Bəzi vergi ödəyiciləri düşünürlər ki, aviaşirkətlər vergi ödəyicilərinə xarici ölkələrə səfərlərlə bağlı təyyarə bileti satdıqda bu əməliyyatlar ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb olunur. Ancaq təyyarə biletlərinin satışı maddədə nəzərdə tutulan beynəlxalq uçuşlara aid edilmədiyindən, bu tip satışlarla məşğul olan ƏDV ödəyiciləri ƏDV-yə ümumi qaydada, yəni 18 faiz dərəcə ilə cəlb edilirlər.
Qeyd edək ki, ƏDV bəyannaməsinin 4 saylı “ƏDV-yə sıfır (0) dərəcə ilə tutulan dövriyyə barədə məlumat” Əlavəsində  bu maddəyə uyğun aparılan əməliyyatlar 302.4-cü sətirdə qeyd olunmalıdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər