Elektron qaimə-faktura ilə mal təqdim etməyin hansı riskləri var?

Elektron qaimə-faktura ilə mal təqdim etməyin hansı riskləri var?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Təcrübədə rast gəlidiyimiz hallardan biri də vergi ödəyicisinin elektron qaimə-faktura ilə satdığı mallarla bağlı alış sənədlərinin olmamasıdır.
Mİsal 1. Vergi ödəyicisi qarşı tərəfə 10 000 manatlıq mal təqdim etsə də, həmin malların mədaxili və ya istehsalı ilə bağlı hər hansı sənədləşdirmə aparılmayıb. Bu cür hallarda vergi orqanı tərəfindən vergi ödəyicisi riskli vergi ödəyicisi kateqoriyasına aid edilir. Həmçinin, mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi gəlir və xərclərinin uçotunu həyata keçirmədikdə 75 faizlik güzəşt hüququndan mərhum edilir. Yekunda mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi mənfəət (gəlir)vergisini 5 faiz yox, 20 faizlə ödəməli olur.
Bir məsələni xüsusi olaraq vurğulayaq ki, 2023-cü il başlayaraq elektron qaimə-faktura təqdim etməsinə baxmayaraq, malların alış sənədi olmayan vergi ödəyicilərinin “riskli vergi ödəyiciləri” kateqoriyasina aid edilməsi halları kifayət qədər artıb. Əsasən də, topdansatış və istehsalla məşğul olan  vergi ödəyicilərinə malların təqdim edənlərə nəzarət gücləndirilib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər