Xronometraj metodu hansı hallarda və nə qədər müddətdə tətbiq olunmalıdır?

Xronometraj metodu hansı hallarda və nə qədər müddətdə tətbiq olunmalıdır?

Vergilər Nazirliyinin məlumatına görə, vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) qanunvericiliklə müəyyən edilmiş qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir (Vergi Məcəlləsi, maddə 23.1.3). Vergi ödəyicilərinin obyektlərində istehsal həcminin və malların (işlərin, xidmətlərin) satış dövriyyəsinin müəyyən edilməsi məqsədilə xronometrajın keçirilməsi Nazirlər Kabinetinin 13.01.2001-ci il tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş «Xronometraj metodu ilə müşahidə aparılması Qaydaları»na əsasən həyata keçirilir.
Həmin Qaydaların müddəalarına uyğun olaraq müşahidənin aparılması aşağıdakı hallarda baş verə bilər:
- vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrinin araşdırılması zamanı onların obyektlərində müşahidə aparılması zərurəti yarandıqda;
- ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmədən fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə ƏDV üzrə vergi öhdəliklərinin aşkar edilməsi zərurəti yarandıqda;
- obyektdə aparılan sonuncu müşahidədən sonra istehsal həcminin və ya satış dövriyyəsinin artması (azalması) barədə vergi ödəyicisi tərəfindən vergi orqanlarına rəsmi müraciət olunduqda.
Hər bir konkret halda müşahidə aparılmasının zəruriliyi vergi orqanının rəhbəri tərəfindən əsaslandırılır. Müşahidə 15 iş günündən çox olmayan müddətdə aparıla bilər. Zəruri hallarda vergi orqanının rəhbərinin qərarı ilə müşahidənin keçirilməsi əlavə 15 iş günü müddətinə uzadıla bilər.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər