Əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinət necə hesablanır?

Əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinət necə hesablanır?

Tutaq ki, işçi Əliyev Məmməd Əli oğlu 24 sentyabr 2011-ci ildən 04 oktyabr 2011-ci il tarixinə kimi əmək qabiliyyətini müvəqqəti itirib, daha doğrusu, xəstələnib və xəstəlik vərəqəsini təşkilata təqdim edib. Onun sentyabr 2010 - avqust 2011-ci il (son tam 12 aylıq) dövrünün əməkhaqqı 7800 manat təşkil edir, iş stajı isə 14 ildir.
İlk növbədə müəyyənləşdirməliyik ki sentyabr 2010-cu ildən avqust 2011-i il tarixinə kimi olan dövrdə neçə iş günü var. Tutaq ki, bu müddət ərzində 288 iş günü var. Bunu müəyyənləşdirdikdən artıq aydınlaşdırmalıyıq ki, gündəlik qazanc nə qədərdir. Gündəlik qazancı heslablamaq üçün 12 ayın əməkhaqqı (7800 manat) iş günlərinin cəminə (288) bölünməlidir:

7800 manat / 288 = 27,08 manat.
Tutaq ki, bu müddətdə 15 iş günü var. Üçüncü addım isə ilk 14 təqvim günündə neçə iş gününün olmasını müəyyənləşdirməkdir. Bu rəqəm ona görə tapılır ki, əsasnaməyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında ilk 14 təqvim gününün müavinətini müəssisə, qalan günləri isə DSMF orqanları ödəyir. İlk 14 təqvim günü 24 sentyabr 2011-ci ildən 07 oktyabr 2011-ci ilə kimi olan dövrə düşür və bu müddətdə 11 iş günü var. Deməli hesablayacağımız 15 iş günündən 11 iş gününün müavinətini müəssisə ödəyəcək.
Bu halda müavinətin 297,88 manatını (27,08 manat gündəlik qazanc x 11 iş günü) müəssisə, 108,32 manatını isə (27,08 manat gündəlik qazanc x 4 iş günü) DSMF orqanları ödəməlidir. Vergi Məcəlləsinə əsasən, belə müavinətlərdən gəlir vergisi tutulur. Qaydalara görə, tutulan gəlir vergisinin hesablanılmasını təşkilat aparır. Burada gəlir vergisinin hesablanılması DSMF orqanları tərəfindən ödənilən hissə üçün əsasdır. Bizim misalda 5,16 manat (108,32 manat * 14%) gəlir vergisi hesablanılır və DSMF orqanları tərəfindən ödəniləcək müavinət məbləği 93,16 manat (108,32 –15,16) təşkil edir. Vergi Məcəlləsinə əsasən, gəlir vergisini aylıq gəliri ödəyən şəxs ödəməlidir. 14 təqvim günündən artıq günlər üçün müavinəti DSMF orqanları ödədiyindən, gəlir vergisini də onlar tutub ödəməlidir.
Faktiki olaraq müəssisə haqq-hesabı gəlir vergisi azaldılmaqla təqdim etdiyindən, onlar müavinəti gəlir vergisi olmadan işçiyə ödəyir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər