Təhsil məzuniyyəti ilə bağlı maraqlı nüanslar
Müddət, sənədləşmə və hesablama qaydaları
Təcrübədə belə hallarla tez-tez qarşılaşırıq. İşçi işləməklə yanaşı qiyabi və yaxud başqa bir şəkildə doktoranturada, aspiranturada oxuyur, ya da aspiranturaya daxil olmaq istəyir. Bu halda məzuniyyət necə tənzimlənir? Tutaq ki, işçi aspianturada oxuyur. Hamıya məlumdur ki, tədris ili sentyabr-iyun aylarını əhatə edir. Aspiranturada oxuyan tələbə təbii ki, il ərzində müəyyən müddət təhsil almalı və minimumlar verməlidir. Təcrübə göstərir ki, işçi həmin dövrlərdə 30 təqvim günündən təhsil məzuniyyəti kimi istifadə edə bilər. Bunun üçün işçi hansı sənədləri təqdim etməlidir? Əmək Məcəlləsində bu məzuniyyətdən istifadə etmək üçün hər hansı arayışın təqdim olunması göstərilmir. Amma işçi sübüt etməlidir ki, həqiqətən də aspitanturada oxuyur. Odur ki, həmin təhsil müəssisəsində oxuması haqqında arayış gətirsə, bu məzuniyyətdən istifadə edə bilər. Əks təqdiqdə işəgötürənə sübüt edə bilməz ki, aspiranturada oxuyur.
Belə işçilər əsasən imtahan vaxtı bu məzuniyyətdən istifadə edir. İşçi oxuduğu təhsil müəssisəsinin müvafiq arayışını təqdim edir ki, həqiqətən müəyyən tarixlərdə imtahanlar olacaq. Bu halda işçi eynilə yuxarıdakı ərizə formasına oxşar ərizə ilə müraciət etməli və işəgötürən də əmr verməlidir.
Qaldı aspiranturaya daxil olmaq üçün məzuniyyətdən istifadəyə, bu zaman artıq işçi sənədlərin təhsil müəssiəsi tərəfindən qəbul olunmasını sübut etməlidir. Sənədlərin qəbul olunmasını təsdiq edən sənədlərin surətlərini, əgər mümkündürsə, sənədlərin qəbul olunması haqqında arayışı təqdim etməlidir.
Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər.
Müvafiq Elmi Şura və ya müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq məzuniyyətlərinin müddətini və onlardan istifadə olunması məsələlərini qabaqcadan işəgötürənlə məsləhətləşməklə müəyyən etməlidir.
Dərsliklər və dərs vəsaiti yazmaqla məşğul olan işçilərə də 3 aylıq məzuniyyət verilir. Təcrübə göstərir ki, belə kitabların yazılmasına rəhbərliyi Təhsil Nazirliyi həyata keçirir. Odur ki, həmin işçinin məzuniyyətə buraxılması tarixini nazirlik və dərsliyi yazan Şura işçinin işlədiyi təşkilat ilə razılaşdırmalıdır. Belə razılaşma sadə məktublar formasında olsa, daha yaxşıdır.
0 Komment
Şərh yazın