Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların kvotası necə tənzimlənir?

Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların kvotası necə tənzimlənir?

İşçilərin sayından asılı olaraq kvotanın miqdarının faizlə tənzimlənməsinin misalla izahı

Sosial müdafiəyə xüsusi ehtiyacı olanlar üçün müəssisələrdə kvota müəyyən edilməsi hansı qaydada tənzimlənir?
-Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyasına - 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri aiddir.
Kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğullunu təmin etmək üçün kvota tətbiq edilir. Müəssisələrdə kvota müəyyən edilərkən  və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən qadınların, yaşı 18-dən az olan işçilərin və əlillərin işləməsi üçün müvafiq normativ-hüquqi aktlar ilə qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır.
Kvotanın miqdarı ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq,  müəssisələrdəki işçilərin  orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə təyin edilir. İşçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə kvotanın miqdarı işçilərin orta illik siyahı sayının 3 faizi (1 iş yerindən az olmamaqla) miqdarında müəyyən edilir. Bu halda həmin iş yerlərindən biri əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulur.

İşçilərin sayı 50-dən 100-dək olan müəssisələrdə kvotanın miqdarı işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında ( işçilərin orta illik siyahı sayının 2 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla), işçilərinin sayı 100-dən çox olan müəssisələrdə isə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla) müəyyənləşdirilir.
İşəgötürənlər hər ilin 1 iyul tarixinə olan məlumata əsasən müəssisədəki iş yerlərinin sayı, işçilərin orta siyahı sayı haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına   (rayon (şəhər) Məşğulluq Mərkəzlərinə) avqust ayının 1-dək rəsmi məlumat verməlidirlər.
 Sosial müdafiyəyə xüsusi ehtiyacı olan vətəndaşların işə düzəlmək üçün birbaşa müəssisələrə müraciət etdikləri hallarda işəgötürənlər şəhər, rayon Məşğulluq Mərkəzinə ən geci 5 gün müddətində məlumat vermək şərtilə, müəyyən olunmuş kvota hesabına onları işə qəbul edə bilərlər.
 

1 Komment

  1. Saməddin 14 Dekabr 2020

    Hər vaxtınız xeyir olsun. Bizim ailənin durumu çox pisdir . Bizim ailenin sosial yardıma ihtiyaç var. :0503718819

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər