Ölkələrdə pensiyanın məbləği ilə bağlı maraqlı stastistika

Ölkələrdə pensiyanın məbləği ilə bağlı maraqlı stastistika

Azərbaycan minimum pensiyanın məbləğinə görə, MDB ölkələri arasında ilk “beşliyi” bölüşür. Siyahıya 169 dollarla Qazaxıstan liderlik edir. İkinci yerdə 176 dollarla Estoniya, sonra 109 dollarla Rusiya və nəhayət 108 dollarla Azərbaycan gəlir. Pensiyaların məbləği başqa MDB ölkələrində bu “dördlüyə” nisbətən xeyli azdır. Ən az pensiya Tacikistandadır - 30 dollar. 
 
Dünyanın ən varlı pensiyaçıları isə ingilis təqaüdçüləri hesab olunur. Statistikaya görə, bu ölkədə daşınmaz əmlakın 40 faizi məhz qocalara məxsusdur. Pensiyaçıların azı 20 faizinin dəyəri 300 min dollardan yuxarı olan iki evi var. Onlar bu evləri ötən əsrin 80-cı illərində, daşınmaz əmlakın ucuz olduğu vaxtlarda alıb. Bu gün İngiltərədə pensiyaya çıxan heç kəs belə evlərə sahib ola bilməz. Amma hər ay aldıqları 700 dollar pensiyaçılara çox şeyə sahib olmaq imkanı verir. Eləcə də, 2150 dollar pensiya alan norveçli də, 1900 dollar alan finlandiyalı da, 1200 dollar alan amerikalı da, 1290 dollar pensiya alan alman da pensiyaya çıxdıqdan sonra ən pis halda təbiətin qocalıq sindromu haqda düşünə bilər. Qocalığın səbəb olduğu problemləri yoluna qoymaq üçün lazım olan maddiyyat isə onları qətiyyən düşündürmür. Bunun üçün dövlətin təyin etdiyi pensiya kifayət edir. Əcnəbilərin həm də bir turist kimi dünyanı səyahətə çıxmaları da, məhz pensyia pullarına görə mümkün olur. 
 
Sumqayıt teatrında uzun illər baş rəssam işləyən , hazırda pensiyada olan Mübariz Əliyev isə səyahətə Sovet dövründə çıxıb. Yaradıcılıq ezamiyyəti adıyla bir neçə xarici ölkədə olub. İndi 70 yaşı var. Pensiyaçıdır və deməli, gəzməyə də, istirahətə də daha çox zamanı var. Amma pulu yoxdur. Aldığı 165 manat pensiya çox şeyləri ürəyində qoyur. 
 
Qeyd edək ki, 2006-ci ildən üzü bu yana pensiyanın baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 6 fərman və sərəncam verilib. Nəticədə, pensiyaların orta aylıq məbləği 5, 2 dəfə artaraq 28 manatdan 150 manata çatdırılıb. Bu səbəbdən də Dövlət Sosial Müdafiə Fondunda düşünürlər ki, pensiyalarla bağlı pessimist düşünmək üçün heç bir əsas yoxdur.
 
Xatırladaq ki, bu gün Azərbaycanda 1 milyon 275 min 630 pensiyaçı var. Onlardan 807 min 900-ü yaşa görə, 333 min 730 əlilliyə görə, 133 min 950 nəfəri isə ailə başçısını itirdiyinə görə pensiya alır.
 
Azərbaycan minimum pensiyanın məbləğinə görə, MDB ölkələri arasında ilk “beşliyi” bölüşür. Siyahıya 169 dollarla Qazaxıstan liderlik edir. İkinci yerdə 176 dollarla Estoniya, sonra 109 dollarla Rusiya və nəhayət 108 dollarla Azərbaycan gəlir. Pensiyaların məbləği başqa MDB ölkələrində bu “dördlüyə” nisbətən xeyli azdır. Ən az pensiya Tacikistandadır - 30 dollar. 
 
Dünyanın ən varlı pensiyaçıları isə ingilis təqaüdçüləri hesab olunur. Statistikaya görə, bu ölkədə daşınmaz əmlakın 40 faizi məhz qocalara məxsusdur. Pensiyaçıların azı 20 faizinin dəyəri 300 min dollardan yuxarı olan iki evi var. Onlar bu evləri ötən əsrin 80-cı illərində, daşınmaz əmlakın ucuz olduğu vaxtlarda alıb. Bu gün İngiltərədə pensiyaya çıxan heç kəs belə evlərə sahib ola bilməz. Amma hər ay aldıqları 700 dollar pensiyaçılara çox şeyə sahib olmaq imkanı verir. Eləcə də, 2150 dollar pensiya alan norveçli də, 1900 dollar alan finlandiyalı da, 1200 dollar alan amerikalı da, 1290 dollar pensiya alan alman da pensiyaya çıxdıqdan sonra ən pis halda təbiətin qocalıq sindromu haqda düşünə bilər.
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər