İşdə «gözə girməyin» 8 yolu

İşdə «gözə girməyin» 8 yolu

Rəhbərliyin və həmkarların gözündə əlavə xal qazanmaq, yalançı ciddilikdən xilas olmaq istəyənlərə 8 məsləhət
 
Uğurlarından danışmağı sevməmək, özünü rəhbərliyin gözünə soxmamağa çalışmamaq indiki dövrdə günün tələblərinə cavab verməmək, zamanla ayaqlaşa bilməmək kimi qiymətləndirilir. Başını aşağı salıb işini vicdanla yerinə yetirənlər! Bununla rəhbərliyin diqqətini cəlb edəcəyinizdən o qədər arxayın olmayın. Necə deyərlər, ağacların arxasındakı meşəni görmək çox çətindir. Əməlləriniz nə qədər faydalı olsa da, söz qədər ucadan danışa bilməz.
Rəhbərliyin və həmkarların gözündə əlavə xal qazanmaq, yalançı ciddilikdən xilas olmaq istəyənlərə 8 məsləhət:
 
1. Özünüz haqda (kimsiniz, indiyə qədər nə etmisiniz və sair) qısa, məzmunlu bir çıxış hazırlayın. Ondan insanlarla tanış olarkən vizit kartı kimi istifadə edin. 
2. Utancaq olmayın. Tədbirlərdə həmişə söz deyin. Elə yerdə oturun ki, sizi hamı görsün. Əgər təbiətən utancaq adamsınızsa, psixoloqa gedin ki, o, Sizi ictimai yerlərdə çıxış etməkdən çəkinmə kompleksindən qurtarsın.   
3. Uğurlarınızın səlnaməsini yazın. Bunun üçün «Word»də bir fayl yaradın ki, nailiyyətlərinizin uçotunu aparasınız. Hər dəfə qeyri-adi nə isə edəndə onu qeydə alın. Nə etmisiniz, sizin etdikləriniz niyə vacibdir? Bunları izah etməyə çalışın. İşinizlə bağlı başqalarının xoş rəylərini həmin fayla əlavə edin. Hər növbəti müzakirədən əvvəl həmişə bu fayldakıları oxuyun.
4. İnternetdə həmişə özünüzü və şirkətinizi təbliğ edin. Peşəkar müzakirələrdə şirkətinizin və özünüzün təcrübəsini bölüşməkdən çəkinməyin.
5. Talantınızı özünüz üçün saxlamayın. Sizi başqalarından fərqləndirən keyfiyyətinizi nümayiş etdirin. Əgər Siz yaradıcı adamsınızsa, bütün tədbirlərin gözü olacaqsınız. 
6. Kənarda qalmayın. Təşkilatınızda ən böyük problemin həllini boynunuza götürün. Əgər Siz bacarsanız, problemin öhdəsindən uğurla gəlsəniz, həmkarlarınız və rəhbərlik mütləq bunun fərqində olacaqlar.
7. Ünvanınza deyilən xoş sözləri qəbul edin. Kimsə sizi tərifləyəndə, «bu, o qədər də mürəkkəb məsələ deyildi», «bu problemi həll etmək üçün mənə bir neçə saat kifayət etdi» kimi tərifin miqyasını kiçildən cümlələr işlətməyin. Əksinə onun tərifini qiymətləndirdiyinizi göstərin: «Sağ ol, mənə çox xoşdur ki, sən mənim elədiklərimi diqqətdən qaçırmırsan». 
8. Ətrafınızdakıları irəli aparmağa çalışın. Eqoist olmayın. Başqalarını irəli aparmaqla siz avtomatik olaraq özünüzə işləyirsiniz. Əgər Sizin komanda uğur qazansa, komanda üzvlərinə qələbə münasibətilə təbrik məktubu göndərin. Məktubun surətini isə rəhbərliyə ünvanlayın.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər