İSTİFADƏ EDİLMƏMİŞ MƏZUNİYYƏTƏ GÖRƏ KOMPENSASİYA BAĞLI BİLMƏLİ OLDUĞUMUZ 7 VACİB MƏSƏLƏ

İSTİFADƏ EDİLMƏMİŞ MƏZUNİYYƏTƏ GÖRƏ KOMPENSASİYA BAĞLI BİLMƏLİ OLDUĞUMUZ 7 VACİB MƏSƏLƏ

Kompensasiyanı kimlər ala bilər, hesablanma qaydası, gəlir vergisi və güzəştinin tətbiqinin misallarla izahı 
 
Həmkarlarımızın istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ilə bağlı suallarının çox olmasını nəzərə alaraq, bu haqda geniş məlumat vermək istədik.
 
1) HANSI İŞÇİLƏR MƏZUNİYYƏ GÖRƏ İSTİFADƏ EDİLMƏMİŞ KOMPENSASİYA ALA BİLƏR?
 
Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən,  işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi QADAĞANDIR. Həmçinin, 135-ci maddənin 2-ci bəndində qeyd edilir ki, İşçi müvafiq iş  ilində  əmək məzuniyyətindən  istənilən  səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Deməli, işəgötürən bütün işçilərin məzuniyyət hüququndan istifadə etməsinə şərait yaratmalıdır. Amma xüsusi hallarda məzuniyyət hüququndan işçinin istifadə etmə imkanı olmazsa, bu halda istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verməlidir. Amma bu halın əsaslandırılması mütləq rəsmiləşdirilməlidir ki, işçi hansı əsaslı səbəbdən əmək məzuniyyətindən istifadə etməyib. 
Məlumat üçün bildirək ki, beynəlxalq əmək və maliyyə qurumları Əmək Məcəlləsindən “istifadə edilməmiş məzuniyyətə görə kompensasiya” məfhumunun çıxarılması ilə bağlı müvafiq dövlət qurumlarına təkliflərini göndəriblər. Onların fikrincə, işəgötürən Əmək Məcəlləsindəki bu məfhumu əsas tutaraq, işçiləri məzuniyyətə göndərməyərək onların məzuniyyət huquqlarını pozurlar.
 
2) İŞİ İLİ BAŞA ÇATMAYAN İŞÇİ KOMPENSASİYA ALA BİLƏR?
 
Bildiyimiz kimi, Əmək Məcəlləsində iş ili anlayışı var ki, bu da, işçinin işə qəbul olunan tarixdən sonrakı ilin həmin tarixinə kimi olan dövrdür. Yəni, işçi işə qəbul olunan tarixdən 12 aydan sonra artıq bir iş ili bitmiş sayılır. Əmək məzuniyyəti də işçinin iş ilinə görə verilsə də, kompensasiya isə istifadə olunmamış əmək məzuniyyətinə görə ödənilir. Odur ki, iş ili tamam olmamış işçiyə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya verilə bilməz.
 
3) İLK İŞ İLİNDƏ İŞDƏN ÇIXAN İŞÇİYƏ KOMPENSASİYA ÖDƏNİLMƏLİDİR?
 
Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əmək Məcəlləsinin 131-ci maddəsində isə qeyd edilib ki, İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.   
 
Bəzi həmkarlarımız bu maddələrdən belə qənaətə gəlirlər ki, 6 aydan tez işdən çıxan işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmır. Xeyr, işçiyə son haq-hesabı hesablanarkən, ona  işlədiyi dövrə uyğun istifadə edilməmiş kompensasiya ödənilməlidir.
Misal üçün, İşçinin əmək məzuniyyəti 30 gündürsə, amma ilk iş ilinin 6-ci ayında işdən çıxıbsa, bu zaman ona 15 günə (30gün x 6 ay/ 12ay) düşən məzuniyyətə görə kompensasiya ödənilməlidir.
 
 
4) TƏHSİL, YARADICILIQ VƏ S. MƏZUNİYYƏTƏ GÖRƏ KOMPENSASİYA ÖDƏNİLİR?
 
Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı  olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin ƏSAS məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Maddədən göründüyü kimi, istifadə edilməmiş məzuniyyət dedikdə, yaradıcılıq, təhsil və digər məzuniyyət yox, əmək məzuniyyəti başa düşülməlidir. Bundan əlavə, həmçinin Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü bəndində qeyd edilir ki, Əmək münasibətlərinə xitam verilərkən təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
 
5) İSTİFADƏ EDİLMƏMİŞ MƏZUNİYYƏT NECƏ HESABLANIR VƏ NƏLƏR NƏZƏRƏ ALINMIR?
 
Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü bəndinə əsasən, Əmək münasibətlərinə xitam verilərkən  Əmək Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə pul əvəzi verilmir.   Əmək Məcəlləsinin 115 və 116-ci maddəsinda qeyd edilən əlavə məzuniyyətlər əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə və əmək stajına görə olan  əlavələrdir.
İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması məzuniyyətin hesablanması kimi eyni qaydadır. Misal üçün, hər ay üçün 300 manat əmək haqqı alan işçinin əsas məzuniyyəti 21 təqvim gündür, əmək stajı 12 il olduğuna görə 4 təqvim günü əlavə məzuniyyəti var. İşçi ilk iş ilinin 8 tam ayında işdən çıxdığına görə, son haqq-hesab üzrə kompensasiya hesablayaq:
Qeyd etdiyimiz kimi, kompensasiya hesablayarkən artıq əmək stajına görə 4 təqvim günü nəzərə alınmır. Deməli, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya görə hesablanacaq məzuniyyət günü - 14 gün (8 ay x 21 gün/12 ay) təşkil edəcək. Həmin 14 günə uyğun hesablanacaq məbləğ isə əmək məzuniyyətində olduğu kimi həyata  keçildiyindən 138,16 manat ((300 manatx 8 ay/30.4 x 8 ay)x 14 gün) təşkil edəcək.
 
6) İSTİFADƏ EDİLMƏMİŞ MƏZUNİYYƏTƏ GÖRƏ KOMPENSASİYA ÜZRƏ GƏLİR VERGİSİ NECƏ HESABLANMALIDIR?
 
Bu məsələ ilə bağlı Vergi Məcəlləsinin tələbi odur ki,  başa çatmış iş ilinin istifadə olunmamış məzuniyyət günlərinin yerinə ödənilən kompensasiyadan gəlir vergisi ayrı, işdən çıxan ayının əmək haqqından isə ayrı hesablanmalıdır.
 
Əgər işçinin istifadə edillməmiş bir neçə iş ilini əhatə edirsə, bu zaman gəlir vergisi hər il üçün hesablanan məbləğdən ayrılıqda, işçi ilə son haqq-hesab aparılarkən tam olmayan sonuncu iş ilinin məzuniyyət haqqından isə, onun verildiyi ayın əmək haqqı ilə birlikdə gəlirin ümumi məbləğindən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir.
 
Misal üçün, 300 manat əmək haqqı alan işçi 3-cü iş ilinin 9-cu ayı olan aprel ayında işdən azad olunur. Bu zaman hesablanma aşağıdakı kimi olur:
 
Aprel ayının əmək haqqısı + 3-cü (sonuncu) iş ilinə görə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya;
2-ci iş ilinə görə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya;
3-ci iş ilinə görə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya;
 
Hər 3 hal üzrə gəlir vergisi ayrıca hesablanmalıdır.
 
7) İSTİFADƏ EDİLMƏMİŞ MƏZUNİYYƏTƏ GÖRƏ KOMPENSASİYA ÜZRƏ GƏLİR VERGİSİ ÜZRƏ GÜZƏŞTLƏR NECƏ HESABLANIR?
 
Öncə qeyd etdiyimiz kimi, işçiyə istifadə edilməmiş məzuniyyət görə kompensasiya hesablayarkən, gəlir vergisi hesabanması hər il üzrə ayrıca aparılır. Vergi Məcəlləsinin bu cür hesablamalar zamanı gəlir vergisinə güzəştlərə yanaşmada fərqli yanaşma tələb edir. Belə ki, əmək haqqıdan fərqli olaraq, məzuniyyət günlərinin yerinə ödənilən kompensasiyadan gəlir vergisi hesablanan zaman Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində göstərilən güzəşt (ölkə üzrə yaşayış minimumu) nəzərə alınmır.
Misal üçün, Oktyabr ayında işdən çıxan işçiyə hesablanan əmək haqqı 300 manat (1), öncəki iş ilinin istifadə edilməmiş məzuniyyətinə görə hesablanan kompensasiya isə 200 manat (2) təşkil edib. İndi gəlir vergisinin hesablanmasına baxaq
1-ci hal üzrə işçiyə hesablanan gəlir vergisi 17,78 manat ((300 manat-173 manat)x 14 faiz) təşkil etdiyi halda, 2-ci hal üzrə gəlir vergisi 28 manat (200 manat x 14 faiz) olacaq. Cünki, istifadə edilməmiş məzuniyyətə görə hesablanan məbləğə 102.1.6-ci maddəsinə edilən güzəşti tətbiq etmək hüququmuz yoxdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər