Vergilər Nazirliyi təsisçidən borc alınan vəsaitlə bağlı vergi ödəyicisinin ziyanına daha bir açıqlma verdi

Vergilər Nazirliyi təsisçidən borc alınan vəsaitlə bağlı vergi ödəyicisinin ziyanına daha bir açıqlma verdi

"Bu o deməkdir ki, hər adam faizə pul verə bilməz. Siz isə deyirsiz faiz hesablanmalıdır. Axı yazılanlar faizin hesablanması barədə heç bir söz demir"
 
Sual: Cavabınız ümumidir (təsisçi ilə bağlı Vergilər Nazirliyinin öncəki cavabları nəzərdə tutulur - redaksiyadan). Artıq eyni movzuda 3-cü sualımdır davamlı olaraq, amma konkret cavab ala bilmirəm. VM-nin, 14.3-cü, 18.2-ci, 110-cu və 123.1-ci maddələrini əsas gətirirsiniz. Mən isə Sizə Mülki Məcəllədə ƏQV və onun haqqında yazılanları əvvəlki sualda yazdım. Mülki Məcəllə Maddə 741. Borc üzrə faizlər. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Əvvəlki qeydlərimdə müqavilənin əvəzsiz olması barədə qeydləri göstərmişdim. Bunuda qeyd edirəm. Yazıb "şərtləndirirsə" Deməli mən faizsiz də yaza bilərəm.
 
2. Digər məsələ : MM 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. "Bu o deməkdir ki, hər adam faizə pul verə bilməz. Siz isə deyirsiz faiz hesablanmalıdır. Axı yazılanlar faizin hesablanması barədə heç bir söz demir.
3. Lap faiz hesablandısa o zaman mən o faizləri xərc kimi tanıya biləcəm? Zəhmət olmasa gətirilən sitatlara dolğun və ətraflı cavab verin.
Tağı Tağızadə Kamal, [email protected], Bakı
 
Cavab:  Bildiririk ki, 07.10.2017-ci il və 13.10.2017-ci il tarixlərdə verilən cavablara müvafiq olaraq cavablarda bir şəxin digər şəxsə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq faizsiz borcun verilməsi istisna edilmədən əqddə iştirak edənlər qarşılıqlı surətdə asılı olan şəxslər olduqda vergi qanunvericiliyinə əsasən vergi öhdəliyinin yaranması qeyd olunmuş, onun hüquqi əsasları barədə diqqətinizə səlahiyyətlərimiz çərçivəsində kifayət qədər dolğun şəkildə məlumatlar təqdim olunmuşdur.
Sorğunuzda qaldırılan məsələ ilə əlaqədar bildiririk ki, qarşılıqlı surətdə asılı olan şəxslər arasında faizsiz borc məbləği üzrə tərəflər arasında bağlanmış müqavilədə faktiki olaraq faiz öhdəliyi yaranmadığından gəlirdən çıxılan xərc elementi formalaşmır. Maliyyələşdirmə xidmətinin həyata keçirilməsi zamanı dövlət büdcəsinə ödənilməli verginin məqsədləri üçün hesablanmış faizlər yalnız vergitutma məqsədləri üçün tətbiq edilir.
 
Mənbə: Taxes.gov.az
 

0 Komment

    Şərh yazın

    Xəbərlər