Vergilər Nazirliyi müəllimlərin repetitorluq xidmətinə aydınlıq gətirdi

Vergilər Nazirliyi müəllimlərin repetitorluq xidmətinə aydınlıq gətirdi

Sual: Dövlət orta məktəbində müəllim işləyən şəxs dərsdən sonra qazanc məqsədi üçün repititorluq fəaliyyəti ilə məşgul olması qanunidirmi? Əyər qanunidirsə vergini hansı formada ödəməlidir?
Mətləb, [email protected], Xaçmaz
 
Cavab: Bildiririk ki, hər kəsin öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmağı şəxsin Konstitusiya ilə təsbit olunmuş hüququdur.
Mövcud qanunvericilikdə şəxsin asudə vaxtında repetitorluq xidmətinin göstərilməsinə məhduddiyyət nəzərdə tutulmayıb.
Qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlandığı günədək şəxs yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alınmaq olar. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim edilən ərizədə seçilən vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərmək olar. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılığda müəyyən özəllikləri və xüsusiyyətləri vardır.
Belə ki, sadələşdirilmiş vergi ödəyicisinin vergi tutulan əməliyyatının həcmi ardıcıl 12 ay (aylar) ərzində 200.000 manatdan artıq olmadığı halda xərclər nəzərə alınmadan rüb ərzində göstərilən xidmətlərin müqabilində əldə olunan hasilatın həcmindən müvafiq dərəcələrlə (Bakı şəhəri üzrə 4 faiz, digər şəhər və rayonlarda 2 faiz) sadələşdirilmiş vergini, gəlir vergisinin ödəyicisi il ərzində əldə etdiyi gəlirlə həmin gəlirin əldə olunması üçün çəkilən sənədləşdirilmiş və Vergi Məcəlləsinin müddəalarına uyğun gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq ödəməlidir.
ƏDV ödəyicisi olan şəxs yuxarıda qeyd olunan qaydada hesablanan gəlir vergisi ilə yanaşı göstərilən xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV də tətbiq etməlidir.
Mənbə: Taxes.gov.az
 

0 Komment

    Şərh yazın

    Xəbərlər