Vergi Məcəlləsinə spesifik vergi rejimi ilə bağlı TƏKLİF

Vergi Məcəlləsinə spesifik vergi rejimi ilə bağlı TƏKLİF

 

Rüfət Aslanlı: "Ümid edirik ki, növbəti ildən Vergi Məcəlləsinə əlavələr üçün təklifə baxılacaq"
 
 
Azərbaycanın qiymətli kağızlar bazarı bütün parametrlərinə görə formalaşma və inkişaf mərhələsindədir. Trend-in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının "Vergilər" qəzetinə müsahibəsində deyib.
 
Onun sözlərinə görə, son illər bazarın inkişafında mühüm dinamika müşahidə olunur: "2014-cü ilin ilk 10 ayının yekunlarına əsasən, qiymətli kağızlar bazarında ticarətin həcmi 8 milyard manata çatıb ki, bu da 2008-ci ilin dünya maliyyə böhranından öncəki səviyyəsinə bərabərdir. Təkcə son 5 il ərzində korporativ qiymətli kağızlar üzrə ticarətin həcmi təxminən 10 dəfəyədək artıb. Bu ticarət sektorunun strukturunun Azərbaycanın qiymətli kağızlar bazarındakı payı 45-50%-ə çatıb. Başqa sözlə, 2008-ci ildə qiymətli kağızlar bazarı daha çox ölkənin fiskal siyasətinin həyata keçirilməsi üçün istifadə olunan dövlət qiymətli kağızlarının ticarətini təmin edirdisə, hazırda bu bazar korporativ, yəni qeyri-neft və özəl sektorun sərmayəyə çıxışını təmin edir".
 
R.Aslanlı qeyd edib ki, ümumiyyətlə, ölkənin kapital bazarında peşəkarlıq səviyyəsi qaneedici deyil: "Söhbət təkcə maliyyə vasitəçilərindən və aktiv satış imkanlarından getmir. Maliyyə vasitəçilərimiz - broker və dilerlərimiz səhmlərin, istiqrazların buraxılışı, onların kapital bazarlarında yerləşdirilməsi kimi kompleks maliyyə xidmətləri göstərirlər. Amma bu gün dünyada maliyyə vasitəçiləri həm sərmayəçilər, həm də kapital axtaran şirkətlər üçün "maliyyə mühəndisliyi" deyilən kreativ xidmətlər göstərirlər. Yəni burada müəssisə müraciət edir, maliyyə vasitəçiləri isə şirkətlərin bütün imkanlarını dəyərləndirirlər. Onlara kapital bazarlarından hansı şərtlərlə, hansı müddətlərə və hansı həcmlərdə sərmayələrin cəlb olunmasının bir neçə mümkün variantını təklif edirlər. Təəssüflər olsun ki, bizim şirkətlər bu qəbildən olan xidmətləri göstərə bilmirlər. Amma bu, anlaşılandır. Çünki ölkəmizdə mürəkkəb maliyyə alətlərinin tətbiq olunması tarixi cəmi 3-4 ildir".
 
QKDK sədri əlavə edib ki, son bir il ərzində aktivlərin idarə edilməsi fəaliyyətinə də maraq artıb: "Ötən ilin sonunda bu fəaliyyət üzrə cəmi 1 lisenziya var idisə, hazırda lisenziya alan şirkətlərin sayı 3 olub: "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı"nın birinci mərhələsində əsas hədəf bazarın infrastrukturunu inteqrasiya etmək və onu avtomatlaşdırmaq idi. Bunun üçün həm hüquqi, həm də təşkilati işlər həyata keçirilməli idi. Biz bu işləri artıq başa çatdırmışıq və görürük ki, bazarda yeni alətlərin ticarətinə imkanlar açılır. Bazarda likvidliyin olması qiymətli kağızların ticarətini canlandırır".
 
Onun sözlərinə görə, indi Dövlət Proqramının ikinci mərhələsinin astanasındayıq: "Bu mərhələnin əsas mahiyyəti odur ki, kapital bazarlarının əməliyyat infrastrukturu dünyada qəbul olunmuş mərhələyə çevrilsin. Bunun üçün ilk növbədə kapital bazarlarının hüquqi əsası yenidən dəyişməlidir. Kapital bazarları haqqında qanun layihəsi hazırlanıb və hazırda müzakirədədir. Müzakirələrin gedişi göstərir ki, yaxın vaxtlarda qanun layihəsi parlamentə təqdim oluna bilər. Qanun qəbul olunduqdan sonra Azərbaycanda investisiya bankçılığı xidmətlərinin göstərilməsinə imkan yaranacaq. İnvestisiya bankçılığı broker, diler fəaliyyətindən daha geniş fəaliyyətdir. Burada həm maliyyə, həm də yardımçı maliyyə xidmətlərinin təqdim olunmasına imkan yaranır. Bu gün tez-tez reklamı ilə rastlaşdığımız "FOREX" xidmətləri əslində sırf investisiya bankçılığı xidmətləridir".
 
R.Aslanlı bildirib ki, hazırda Azərbaycanda bu sektor ləng tənzimlənir və şəffaf maliyyə hesabatlılığına malik deyil, vergiyə cəlb oluna bilmir: "Çünki burada əməliyyatlar onlayn formada həyata keçirilir. İnvestisiya bankçılığı tək "FOREX" deyil, həmçinin bu qəbildən olan xidmətlərdir. Yeni qanunda bütün bunlar müvafiq qaydada tənzimlənəcək. Burada söhbət bu fəaliyyətin həyata keçirilməsində dünyada qəbul olunmuş fəaliyyət standartlarının müəyyən olunmasından gedir".
 
O, əlavə edib ki, bazarda əlverişli vergi mühitinin formalaşdırılması üzrə artıq təkliflər hazırlanaraq Vergilər Nazirliyinə təqdim olunub: "Burada söhbət kapital bazarlarına hansısa güzəştlərin, stimullaşdırıcı vergi rejiminin tətbiq olunmasından getmir. Məqsəd kapital bazarlarında mövcud olan xüsusiyyətləri nəzərə alan spesifik vergi rejiminin tətbiq olunmasıdır. Kapital bazarları bütün dünyada bank, sığorta, digər sahibkarlıq fəaliyyətindən öz spesifikasına görə fərqlənir. Buna görə də bütün dünyada kapital bazarlarında təkcə vergiqoyma deyil, hüquq rejimi də fərqli olur. Bunun kimi bəzi məsələlər vergi qanunvericiliyinə daxil edilməlidir. Ümid edirik ki, növbəti ildən Vergi Məcəlləsinə əlavələr üçün təklifə baxılacaq".
 

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın