Milli Məclisdə maraqlı məsələnin müzakirəsi gözlənilir

Milli Məclisdə maraqlı məsələnin müzakirəsi gözlənilir

Millət vəkili: "Toy mərasimlərində səs-küy də əsas problemlərdən biridir. Toyda kimləsə danışmaq olmur, mərasimdən çıxandan sonra da başağrısı adamı narahat edir"
 
 
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, toy mərasimləri hansısa formada tənzimlənməlidir və buna ehtiyac var. Bu barədə Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.
Deputatın sözlərinə görə, insanlar da toy mərasimlərinin formasının dəyişməsini istəyir: "Bir çox hallarda toyun hansı formada keçirilməsi toy sahibindən asılı olmur. Bu sahədə şadlıq saraylarında çox ciddi problemlər var. Toy sahibi menyu verir, şadlıq sarayı onu qəbul etmir, deyir yox, bizim standart menyumuz var, çünki o standart menyu adı altında onlar hədsiz dərəcədə vətəndaşın şəxsi büdcəsinə ziyan vururlar, lazımsız- yeməklər, köhnə qidalar verirlər. Yəni insanlar öz toylarının menyularını özləri müəyyənləşdirə bilmirlər. Şadlıq evləri insanların menyularını qəbul etmir, insanlar da məcburən bununla razılaşmalı olurlar".
M.İbrahimqızı toyların həddən artıq səs-küylü keçdiyini də diqqətə çatdırıb: "Toy mərasimlərində səs-küy də əsas problemlərdən biridir. Toyda kimləsə danışmaq olmur, mərasimdən çıxandan sonra da başağrısı adamı narahat edir. İstənilən halda bu məsələ də hansısa formada tənzimlənməlidir".
M.İbrahimqızı bu məsələni parlamentdə müzakirəyə çıxarılacağını istisna etmir.
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                                                                                           

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

 
 

0 Komment

    Şərh yazın