1C-nin hansı versiyasında işləməli: 7.7 yoxsa 8.2

1C-nin hansı versiyasında işləməli: 7.7 yoxsa 8.2

"MK" jurnalının eksperti bu məsələnin geniş izahını oxuculara bildirdi.
 
 
Son vaxtlar müəssisə və təşkilatların əksəriyyəti mühasibatlığın avtomatlaşdırılmasında 1C proqramına üstünlük verirlər.  Bu yazımızda 1C proqramının 7.7 və 8.2 versiyaları arasındakı fərqlər – üstünlük və çatışmazlıqlar barədə məlumat verəcəyik.
8.2-nin 7.7-dən hansı üstünlükləri var?
Üstünlüklər aşağıdakılardır:
- 1C-nin 7.7 versiyasında bir firma uzrə əməliyyat aparılsa da, 8.2-də bir necə firmanın mühasibatlığını işləmək olar:
• Bu zaman eyni tərəfdaşları bir necə dəfə daxil etməyə ehtiyac qalmır;
• Eyni zamanda, bir necə təşkilatın bazası ilə işləmək mümkün olur;
- 8.2-də əməliyyat növləri (bank, kassa, əsas vəsait və s.) üzrə ən çox istifadə olunanlar kompleksləşidirlib.  Misal üçün, bankı seçdikdə, sizə lazım olan ödəniş tapşırığı, məsul şəxslər, tərəfdaşlar və s. məlumatlar olan bölmə bir yerə cəmlənir. 7.7-də isə bu sadalananların hər birinə ayrı-ayrı bölmələrdə daxil olmaq lazımdır;
- 8.2-də istifadə olunacaq hesabatlar dövri olaraq müəyyənləşdirilir. 7.7-də hər birinə ayrıca daxil olub dövrü seçmək lazım olduğu halda, yeni versiyada dövrlər üzrə hesabatlar hazırlanaraq seçim imkanı yaradılır;
- 8.2-də sonradan korrektə edilən hesabatların düzəliş edilmiş varıantını ayrıca saxlamaq mümkündür.
Bəs, 7.7 ilə işləməyin hansısa üstünlüyü varmı?
Biz bilirik ki, 7.7 versiyasında işləyən mühasiblərin çoxu 8.2 versiyasına keçməklə bağlı tərəddüd edir, bu barədə çox düşünürlər: Görəsən, buna ehtiyac varmı? 
Əvvəlcə 7.7 versiyasının 8.2-dən üstünlüklərinə baxaq:
-  Adətən, 1C proqramının yaddaşı az, 10-100 meqabayt olur. Proqramın özü isə 256 meqabaytdan çox olmur. Bu səbəbdən də, onu istənilən kompüterə köcürmək rahatdir;
- 1C 7.7-nin kompüterə üüklənməsi daha rahatdır. Bu proqramı hətta “Pentium III”ə də yükləmək olur;
- Xarici çap formasının üzərində dəyişiklik etmək mümkündür. Belə ki, faylı “mx” formatda  yaddaşa verib, konfiqurator vasitəsiylə redaktə etmək mümkündür.
1c 7.7-nin zəif cəhətlərinə gəlincə, aşağıdakıları qeyd etmək olar:
- 7.7 versiyasında eyni vaxtda 1 bazada bir neçə firma üzərində işləmək mümkün olmur;
- 1C proqramı üzərində interfaysın ayarlarını aparmaq imkanları azdır. Xırda ayarlara görə belə 1C mütəxəssisinin köməyinə ehtiyac yaranır.
 
 
 
1C-nin 8.2 versiyasının 7.7-dən zəif olduğu məqamlar 
Elə bilməyin ki, 7.7 versiyası bütün komponentlərdə 8.2-yə uduzur. Əsla! 8.2-nin də özündən əvvəlki versiyaya uduzduğu məqamlar var. Bunlar aşağıdakılardır:
- 8.2  versiyası 7.7-ə nisbətən daha aşağı sürətlə işləyir. Buna səbəb 1C 8.2-nin daha çox istifadəçi imkanı üçün yaradılmasıdır. Əgər bir baza ilə 20 nəfərdən çox şəxs işləyəcəksə, onda 8.2 versiyası daha münasibdir;
- 8.2 versiyası daha sürətli və müasir kompüter tələb edir. Proqramın bu versiyası tələb edir ki, kompüterin operativ yaddaşı 512 meqabaytdan, prosesorun sürəti isə 1500 meqaherzdən yüksək olsun;
- 8.2 versiyası üçün platformanın aşağı məhsuldarlığı xarakterikdir;
- Bu versiyada işləmək üçün mütləq xüsüsi tədris kursu keçmək lazımdır. 1C-nin 7.7 versiyası isə daha sadə hesabatlar üzərində hazırlandığından sərbəst şəkildə biliklərə yiyələnərək bu proqramda işləməyi öyrənmək mümkündür;
- 8.2 versiyasının daha böyük imkanları, hesabatları və işləmə metodları olsa da, istifadəçilərin əksəriyyəti onun imkanlarından tam faydalanmır; 
- 8.2 versiyası  7.7-dən daha bahadır. Bu səbəbdən hər təşkilatın onu almağa imkanı çatmır;
- 7.7 versiyası daha stabildir və mühasibatlıq sahəsində sınaqdan keçmiş zəngin təcrübəyə malikdir.
 
Ancaq bütün bunlara baxmayaqra unutmayin ki:
- 8.2 versiyası daha müasir və prestijlidir. Yeni versiyasını bilmək karyera qurmaqda sizin böyük yardımçınız ola bilər;
- 1C proqramının texniki təminatının təkmilləşdirilməsi  üzərində çalışan mütəxəssislər daha çox yeni versiya - 8.2-yə qanunvericilikdə baş verən yeni dəyişiklikləri uyğunlaşdırırlar. Bəzi yeni mütəxəssislər isə ümumiyyətlə, 7.7 versiyasının üzərində işləməyə üstünlük vermirlər;
- Bir bazada fərqli müəssisələrin mühasibatlığını aparmaqla yanaşı, yeni versiya düymələrin üzərində dəyişiklik etməyə də imkan yaradır;
- Bu versiyanı işlədən zaman təşkilatın saytı ilə proqram arasında inteqrasiya aparmaq mümkündür;
- Bəzən kompüter qaydalara uyğun söndürlmədikdə və ya qəfil elektrik kəsildikdə 1C proqramında texniki problemlər yaranır. Yeni versiyada nəzərə alınan xarici emal vasitəsi ilə belə hallarda məlumat bazasını bərpa etmək mümkün olur;
-  Yeni versiya analitik uçotu daha geniş aparır, üstəlik, bir baza üzərində 30 və ya daha çox insan işləyə bilər;
- 8.2 versiyası MS SQL proqramında daha yaxşı işləyir
8.2 versiyasının gələcəkdə yeni Windows əməliyyat sistemində işləməsi ilə bağlı problemlər gözlənilmir. Çünki yeni verisyada bunların hamısı nəzərə alınıb.
 
İki versiyasının müqayisəsindən çıxan nəticə 
Böyük olmayan şirkətlərdə xərclərə qənaət edilməsi məqsədi ilə 1C-nin 7.7 versiyasına üstünlük verilməsi daha məqsədəuyğundur.  1C proqramı üzrə istifadəçilərin sayı 25-dən çox olanlara şirkətlərdə isə yeni versiyanı - 8.2-ni məsləhət görürük. Çünkü 8.2 versiyası vasitəsilə çiddi analtik uçot aparmaq mümkündür.
 

“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı

504 səhifəlik, qalın üzlü  “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.  

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın