Elektron İmzanı necə əldə etmək olar?

Elektron İmzanı necə əldə etmək olar?

Tələb olunan sənədlərin siyahısı və tariflər
 
Elektron imza üçün sertifikat əldə edərkən aşağıdakı qaydalara riayət etmək lazımdır:
1. Sertifikat əldə etmək üçün hər bir vətəndaş şəxsiyyət vəsiqəsi ilə Qeydiyyat Mərkəzinə müraciət etməlidir. Bu zaman Qeydiyyat Mərkəzində vətəndaşın adına Ərizə formalaşdırılır.
2. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
Fiziki şəxs
•  imza sahibinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
•  imza sahibinin adından çıxış etmək səlahiyyəti olan şəxsə verilən etibarnamə;
•  ödəniş qəbzi.
 
Hüquqi şəxs
•  Hüquqi şəxsin Azərbaycan Respublikası qanunveriçiliyinə uyğun qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri (Nizamnamə, hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamə, Dövlət reyestrindən çıxarış);
•  Hüquqi şəxs tərəfindən, onun adından fəaliyyət göstərən səlahiyyətli nümayəndəyə verilən etibarnamə (hüquqi şəxsin rəhbərinin imzası və möhürü ilə təsdiqlənmiş) və həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;
•  Hüquqi şəxsin Bank rekvizitləri haqqında rəsmi arayış və ya rəsmi məktub;
•  E-imza sertifikatının alınmasına müraciət olunan işçilərin hüquqi şəxs tərəfindən təsdiq olunmuş siyahısı və həmin işçilərin şəxsiyyət vəsiqələrinin surətləri;
•  Elektron imza sertifikatı alacaq rəhbər şəxsin tutduğu vəzifəni təsdiq edən əmrdən çıxarış;
•  Rəhbər şəxsin möhürünü təsdiq edən sənəd.
 
Dövlət qurumları
•  Təşkilatın (nazirliyin, idarənin, müəssisənin) Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin sürətı;
•  Rəhbər şəxs tərəfindən, onun adından fəaliyyət göstərəcək səlahiyyətli nümayəndəyə verilən etibarnamə (rəhbər şəxsin rəhbərinin imzası və möhürü ilə təsdiqlənmiş) və həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;
•  Təşkilatın Bank rekvizitləri haqqında rəsmi arayış və ya rəsmi məktub;
•  E-imza sertifikatının alınmasına müraciət olunan işçilərin rəhbər şəxs tərəfindən təsdiq olunmuş siyahısı və həmin işçilərin şəxsiyyət vəsiqələrinin surətləri;
•  Elektron imza sertifikatı alacaq rəhbər şəxsin tutduğu vəzifəni təsdiq edən əmrdən çıxarış;
•  Rəhbər şəxsin möhürünü təsdiq edən sənəd.
3. Mərkəz imza sahibi tərəfindən təqdim olunmuş sənədlərin düzgünlüyünü yoxlayır.
4. Təqdim olunmuş sənədlər düzgün olduqda, müraciət etmiş şəxslə Mərkəz arasında yazılı müqavilə bağlanılır və ona sertifikat verilir, əks halda isə Mərkəz sertifikatın verilməsindən imtina edir.
5. Müqavilədə göstərilən xidmətlərin növü və təsviri, müddəti, qiyməti, xüsusi şərtləri, sertifikata daxil edilən digər məlumatlar, həmçinin təkmil sertifikatlar və onlar barədə məlumatların ümumi axtarışına imza sahibinin razılığı göstərilməlidir. Qiymətlər mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir.
6. Mərkəz sertifikatın verilməsi üçün imza sahibi ilə müqavilə bağlamazdan əvvəl onu sertifikatın və imza vasitələrinin istifadə qaydaları, mərkəzin hüquqi statusu və akkreditə vəziyyəti barədə məlumatlandırır.
7. Hazırlanmış sertifikat kağız daşıyıcıda və elektron formada imza sahibinə təqdim edilir. Kağız daşıyıcıdakı sertifikat Mərkəzin rəsmi blankında 2 (iki) nüsxədə tərtib edilir, səlahiyyətli şəxsin imzası ilə və möhürlə təsdiq olunur. Kağız daşıyıcıdakı sertifikatlar imza sahibi tərəfindən imzalandıqdan sonra bir nüsxəsi Mərkəzə qaytarılır. Elektron formadakı sertifikat onu verən Mərkəzin gücləndirilmiş imzası ilə təsdiq edilir.
8. Mərkəzdə imza sahibinin şəxsiyyətinin müəyyənləşdirilməsindən sonra o, verilənlər daşıyıcısında yazılmış imza yaratma və yoxlama məlumatlarının, kağız daşıyıcıdakı sertifikatın alınması, həmçinin Mərkəz tərəfindən məlumatlandırılmanın aparılması barədə müvafiq jurnallarda imza edir.
9. Verilmiş sertifikat Mərkəz tərəfindən “Verilmiş sertifikatlar reyestri”nə daxil edilir və bu andan yayımlanmış hesab edilir.
 
Tariflər:
Fiziki şəxslər üçün – 36 manat (kart oxuyucu daxil deyil)
Hüquqi şəxslər üçün – 72 manat (kart oxuyucu daxil deyil)
 

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər