“ASAN Xidmət” barədə bildiyiniz və bilmədiyiniz hər şey

“ASAN Xidmət” barədə bildiyiniz və bilmədiyiniz hər şey

 

BU YAZINI OXUYANLARIN “ASAN XİDMƏT”DƏN İSTİFADƏSİ 100 FAİZ ASANLAŞACAQ.

 
 
Bu yazımızda çoxlarının istifadə etdiyi və xidmətlərindən razı qaldığı “ASAN xidmət” mərkəzləri haqqında geniş məlumat verməyə çalışacağıq. Eyni zamanda, “ASAN xidmət” mərkəzinin xidmətindən istifadə edən əməkdaşımız təəssüratlarını oxucularla bölüşəcək. 
“ASAN Xidmət” mərkəzlərinin yaradılmasının məqsədi
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli, 685 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılıb. Mərkəzin yaradılmasının əsas məqsədi vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması və şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir. 
Respublikamızda neçə "ASAN xidmət" mərkəzi var?
Hazırda respublika üzrə 6 “ASAN xidmət” mərkəzi var ki, bunların 4-u Bakıdadır. Mərkəzlərin ünvanı və xidmət göstərdiyi ərazilər aşağıdakı kimidir:
1 saylı Bakı "ASAN xidmət" mərkəzi.  Akademik Həsən Əliyev küç., 36 ünvanında yerləşir. 
2 saylı "ASAN xidmət" mərkəzinin Xətai filial. Nobel pr.23.,"AMAY" ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşir. 
3 saylı Yasamal "ASAN xidmət" mərkəzi. A.M. Şərifzadə küç., 39 ünvanında yerləşir. 
4 saylı Sabunçu "ASAN xidmət mərkəzi. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küç, 8A ünvanında yerləşir. 
Qeyd edək ki, artıq Bakı qeydiyyatı olan şəxs, qeyd edilən ünvanlardan birinə müraciət edə bilər. Öncələr Bakı sakinləri yalnız Mərkəzin xidmət göstərdiyi ərazilər üzrə müraciət edə bilərdi.
Sumqayıt "ASAN xidmət".  Sumqayıt şəhəri 15-ci məhəllə , Bakı küç, 42 D ünvanında yerləşir. Xidmətin fəaliyyət dairəsi Sumqayıt şəhərini, Abşeron, Xızı, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şamaxı, Qobustan və Şabran rayonlarında qeydiyyatda olan vətəndaşları əhatə edir. 
 Gəncə "ASAN xidmət" mərkəzi. Gəncə şəhəri, H.Əliyev pros. 87A ünvanında yerləşir. Xidmətin fəaliyyət dairəsi Gəncə, Şəmkir, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Samux, Xocalı, Kəlbəcər, Naftalan rayonunda qeydiyyatda olan vətəndaşları əhatə edir.
Bundan əlavə, Mərkəzi dövri olaraq fəaliyyət göstərmədiyi ərazilər üzrə səyyar avtobuslarla səfər edərək xidmət göstərir.
 
Bakıda müvəqqəti qeydiyyatda olan məcburi köçkünlər "ASAN  Xidmət"dən istifadə edə bilərlər?
 
Mərkəzdən verilən məlumata görə, Bakının hər hansı rayonunda müvəqqəti qeydiyyatda olan məcburi köçkün məcburi köçkünlük statusunu təsdiq edən sənədi (vəsiqə - CARİ İLİN MÖHÜRÜ OLAN) təqdim etməklə Bakı şəhəri ərazisində yerləşən istənilən "ASAN xidmət" mərkəzinin xidmətindən istifadə edə bilər.
 
Şənbə və bazar günü, üstəlik nahar fasiləsiz işləyən Mərkəz
 
Mərkəzin iş rejiminə gəlincə, "ASAN xidmət" mərkəzləri həftənin beş günü saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 17:00-dək, nahar fasiləsiz xidmət göstərir.
 
“ASAN Xidmət”ə necə işə düzəlmək olar?
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və tabeliyində olan “ASAN xidmət” mərkəzlərində inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinə işə qəbul "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqə və müsahibə yolu ilə həyata keçirilir.
 
Bəs, könüllü olmaq necə, asandır?
 
Mərkəz insanlara xidmət göstərməklə yanaşı gənclərin iş təcrübəsi toplamasına və könüllük fəaliyyəti göstərməsinə yardım edir. Bununla bağlı olaraq yaradılan ASAN Könüllələri Gənclər Təşkilatının məlumatına əsasən, artıq istənilən gənc öz yaşayış məntəqənizə yaxın olan müvafiq “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətinə başlaya bilər. Bunun üçün CV-lərinizi uyğun olaraq aşağıdakı ünvanlara göndərə bilərsiniz:
1 saylı “ASAN xidmət” mərkəzi : [email protected]
2 saylı “ASAN xidmət” mərkəzi : [email protected]
3 saylı “ASAN xidmət” mərkəzi : [email protected]
Sumqayıt “ASAN xidmət” mərkəzi : [email protected]
4saylı və Gəncə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərmək istəyən şəxslər isə [email protected] e-mail ünvanına müraciət edə bilərlər.
 
 “ASAN Xidmət” istifadəçisinin müşahidələri
 
Əməkdaşımız Mərkəzin xidmətindən istifadə edərək bəzi müşahidələr aparıb. Öncəliklə Mərkəzin ərazisinə daxil olduqda təhlükəsizlik keçidindən istifadə edilməsi zəruridir. Mərkəzin Məlumat bölməsində çalışan əməkdaşları müraciət etdiyiniz fəaliyyət üzrə tələb olunan sənədlər haqqında məlumat verir və zəruri olan ərizə tipli sənədlərin doldurulmasında  birbaşa yardımçı olurlar. Sənədlər tam hazır olduqdan sonra növbə üçün müvafiq şəxslərə yaxınlaşdıqdan sonra avtomatik növbəni müəyyən edən növbə kartı təqdim edilir. Növbə kartında növbə kodu müəyyən olmaqla yanaşı növbədə nə qədər şəxslərin olması haqqında rəqəm öz əksini tapır. “Asan Xidmət”dən istifadəçilərin narazı olduqları əsas məsələ NÖVBƏdir. Misal üçün əməkdaşımız şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etdikdə, şəkildən göründüyü kimi 50 nəfərlik növbə olub. Təbii ki, 50 nəfərin sənədlərinin dəyişdirilməsi təxminən 1-1,5 saat vaxt aparır.
Düzdür, növbədə darıxmamaq üçün lazımı şərait yaradılıb: uşaqlar üçün pulsuz oyun meydançaları, kafe, kitabxana və s. Amma bir şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün təxminən 1 saat gözləmək həqiqətən çox vaxt itkisidir. Axı, Mərkəzin yaradılmasının məqsədlərindən biri də vətəndaşların vaxt itkisinin azalmasıdır. Bundan əlavə, növbə kodlarının müəyyən olunmasında xırda çatışmazlıqlar mövcüddür ki, bu da istifadəçilərin narazılığına səbəb olur. Misal üçün, eyni şəxsiyyət və ya ümümivətəndaş  pasportunun dəyişməsinə, həm də hazır olan sənədin əldə edilməsinə gələn 2 şəxsin növbə kodu ardıcılıqla çıxır. Misal üçün, C100 və C101 kodların alan şəxslərin müraciət ardıcıllığı sektorda pozulur. Çünki hazır sənədi almağa gələn şəxsin növbəsi fərqli pəncərədə aparıldığından daha tez çatır. Bu zaman, C100 növbə kodu ilə şəxsiyyət vəsiqəsi dəyişdiriməyə gələn şəxs narazılıq etməyə başlayır: necə olur ki, C101 növbə kodu pəncərəyə müraciət etdi, amma mən yox. Cünki, onun məlumatı yoxdur ki, həmin kodlu vətəndaş şəxsiyyət vəsiqəsi üçün sənədlərin verilməsi üçün yox, hazır sənədin alınması üçün növbəyə durub. Qarışıqlıq yaradan iki başqa səbəb üzrə müraciət etməsinə baxmayaraq xidmətdən istifadə edənlərin müraciətlərinin ardıcıl kodlarla təmin olunmasıdır.
Sevincidirci haldır ki, artıq “ASAN xidmət” “SMS notification” xidməti hazırlayıb. Bu xidmətin sayəsində növbəyə duran şəxs mobil nömrəsini qeyd edir, növbəsinin çatmasına 5 və daha çox adamın qalması ilə bağlı xəbərdarlıq sorğusunu cavablandırır və növbə biletini çap etdirir. Bundan sonra şəxs öz növbə müddətinin çatmasına müvafiq olaraq seçdiyi növbə sayı qaldığı zaman mobil telefonuna gələn SMS vasitəsilə məlumatlandırılır.
Bir məsələni də qeyd edək ki, növbələr əsasən şəxsiyyət vəsiqəsi və ümümivətəndaş passportlarının dəyişidirlməsi ilə bağlı sektorlarda uzundur. Misal üçün, əmək pensiyalarının təyini, hərbi qeydiyyat, vergi ödəyicilərinin qeydiyyatı, məhkumluq arayışlarının verilməsi və s. kimi xidmətlərdə demək olar ki, növbəyə rast gəlinmir.
Mərkəzdə bir məsələ diqqətimizi cəlb etdi. Sənədləri təqdim etdikdən sonra Mərkəzin əməkdaşları hazır sənədlərin nə vaxt təhvil alınmasını ya şifahi bildirir, ya da hansısa kağızın arxasına qələmlə yazırlar. Mərkəzdə çoxlu informasiya texnologiyalarının yenilikləri tətbiq olunduğu halda, sənədin təhvil götürülmə vaxtını müəyyən edən bildiriş formasının çap formasında təqdim olunmamasını yaxşı hal kimi qiymətləndirmək olmaz.
Ümümilikdə, “ASAN Xidmət” Mərkəzinin fəaliyyətində qeyd ediləsi müsbət hallar çoxdur. Burada insanların daha rahat şəraitdə xidmətlərdən faydalanmasına şərait yaradılır. İnanırıq ki, Mərkəz rəhbərliyi insanların narazılığına səbəb olan növbə problemini tezliklə həll edəcək. 
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                                                                                           

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

 

0 Komment

    Şərh yazın