DƏMX-in rəisindən əmək müqaviləsi bildirişi ilə bağlı xəbərdarlıq

DƏMX-in rəisindən əmək müqaviləsi bildirişi ilə bağlı xəbərdarlıq

Fuad Əlizadə mətbuat konfransında əmək müqaviləsi bildirişlərinin daxil edilməsindən danışdı.
 
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, ölkədə əmək hüquqlarının təminatına çevik və səmərəli nəzarət mexanizminin yaradılması sahəsində cari ilin 6 ayı ərzində görülən işlərə dair mətbuat konfransı keçirib.
 
"APA-Economics"in xəbərinə görə, F.Əlizadə vətəndaşların əmək hüquqlarına, o cümlədən işçi əməyinin mühafizəsinə, onun həyat və sağlamlığına, layiqli əməyinin təminatına münasibətdə işəgötürənlərin sosial məsuliyyətinin artırılmasının aparılan işlərdə əsas məqsəd olduğunu bildirib: “Bu ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 46 ədəd az, yəni 4465 müəssisədə dövlət nəzarəti həyata keçirilsə də, 14,6% çox, yəni 9269 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Həmin hüquq pozuntularının 89,6%-i məhz sahibkarlıq subyektlərində qeydə alınıb. Eyni zamanda təhlillər əsasında əmək qanunvericiliyinin pozulması hallarının daha çox iqtisadiyyatın topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında özünü göstərdiyi məlum olub”.
 
Xidmət rəisi aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələr tətbiq edildiyini diqqətə çatdırıb: “Bu ilin altı ayında tətbiq olunmuş 2 mln. 352 min manat cərimədən artıq işəgötürənlər tərəfindən dövlət büdcəsinə 894 min manatı ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3 dəfə çoxdur”.
 
Qeyri-leqal formada əməyə cəlb olunma hallarının qarşısının alınmasının diqqətdə saxlanıldığını qeyd edən F.Əlizadə son 6 ayda əmək müqaviləsi bağlanmadan işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş 5613 nəfər işçi ilə işəgötürən arasında əmək müqavilələrinin bağlatdırıldığını bildirib: “Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,14% çoxdur. Təbii ki, həmin işçilərin əmək münasibətlərinin rəsmiləşdirilməsi onların əmək və gələcək sosial təminat hüquqlarının bərpasına, eyni zamanda, dövlət büdcəsinə qanunvericiliklə müəyyən olunmuş vergilərin və digər məcburi ödənişlərin də aparılmasına səbəb olub”.
 
F.Əlizadə həmçinin qeyd olunan dövrdə ümumi məbləği 231,6 min manat təşkil edən ödənişi gecikdirilmiş əmək haqqı və sosial xarakterli ödənişlərin  işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edildiyini qeyd edib. O bildirib ki, həmin məbləğin 209,3 manatı əmək haqlarından, 16,2 min manatı zərərə görə ödənclərdən, 6,1 min manatı isə sosial müavinətlərdən ibarət olub. Bununla yanaşı, əmək müqavilələrinə əmək qanunvericiliyinin müddəaları pozulmaqla xitam verildiyi müəyyən olunan 8 nəfər əvvəlki işlərinə bərpa etdirilib.
 
Daha sonda xidmət rəisi prezidentin “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə” 2014-cü il 3 fevral tarixli Fərmanının ölkədə əmək münasibətlərinin elektron qeydiyyatı mexanizminin yaradılmasına yönələn mühüm islahat tədbirinin həyata keçirilməsinə əsas yaratdığını vurğulayıb: “Fərman bağlanmış hər bir əmək müqaviləsinin artıq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilməsini nəzərdə tutur: “Artıq əmək müqaviləsi bildirişi üzrə EİS bu il iyulun 1-dən istifadəyə verilib. Yəni bundan sonra bağlanan hər bir əmək müqaviləsi, əmək müqaviləsinə edilən dəyişiklik, yaxud əmək müqaviləsinə xitam verilməsi bununla bağlı EİS-ə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin sistemdə qeydiyyatdan keçməsindən və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir”.
 
Artıq işəgötürənlər tərəfindən EİS-ə əmək müqaviləsi bildirişlərinin daxil edilməkdə olduğunu qeyd edən F.Əlizadə bu prosesin daim nəzarətdə saxlanacağını və əmək müqaviləsi bildirişlərinin daxil edilməsinə biganə yanaşan işəgötürənlərlə bağlı ciddi inzibati tədbirlərinin görüləcəyini vurğulayıb.
 
 

 

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

0 Komment

    Şərh yazın