Aydın Kərimovdan Vergilər Nazirliyinə sadələşdirilmiş vergi ilə bağlı maraqlı sual
Sadələşdirilmiş vergi ilk dəfə tətbiq ediləndə, ƏDV ödəyiciləri olmayan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur. Bəs nə üçün mənzil tikintisi fəaliyyəti ilə məşğul olanlar həm ƏDV, həm də sadələşdirilmiş verginin ödəyiciləridirlər?
Sual: Salam. 1. Sadələşdirilmiş vergi ilk dəfə tətbiq ediləndə, ƏDV ödəyiciləri olmayan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur. Bəs nə üçün mənzil tikintisi fəaliyyəti ilə məşğul olanlar həm ƏDV, həm də sadələşdirilmiş verginin ödəyiciləridirlər?
Aydın Kərimov
Cavab: Bildiririk ki, beynəlxalq təcrübədə geniş yayılan əlavə dəyər vergisi Azərbaycan Respublikasında mövcud olan vergi növlərindən biri olaraq iqtisadi mahiyyət etibarı ilə yeni yaradılan dəyərdən dövlətə müəyyən hissənin ödənilməsi məqsədini daşıyır. Azərbaycan Respublikasında mövcud olan digər vergi növü olan sadələşdirilmiş vergi Vergi Məcəlləsinə daxil edilərkən yalnız malların (işlərin, xidmətlərin) təqdim olunması üzrə fəaliyyəti əhatə edirdi və sonradan digər fəaliyyət növləri də (avtonəqliyyat vasitələri ilə respublika daxilində nəqletmə, mənzil tikinti fəaliyyəti və idman mərc oyunlarının təşkili) güzəştli vergitutma sisteminə əlavə olunmuşdur. Bu da təsadüfi deyil - bu və ya digər fəaliyyət növündən asılı olaraq sadələşdirilmiş vergitutma ilk növbədə gəlir və xərclərin hesablanmasını asanlaşdırır, müəyyən vergilərdən azad edir, vergi inzibatçılığında müəyyən güzəştləri verir, son nəticədə də sosial rifahın təmin olunmasına, əhalinin geniş kütləsinin sahibkarlıqla məşğul olmasına, prioritet istiqamətlərin inkişafına təkan verir. Məhz bu baxımdan da, əhalinin geniş təbəqəsinin mənzil probleminin həlli və mənzil tikintisi sahəsinin daha da təşviq olunması məqsədi ilə həmin fəaliyyət sadələşdirilmiş vergitutma sisteminə cəlb edilmiş və həmin fəaliyyətlə məşğul olan şəxslərə müəyyən güzəştlər şamil olunmuşdur. Bununla belə, mənzil tikintisi obyektlərinin inşası zamanı yeni yaradılan dəyərin ƏDV-dən azad edilməsi nəzərdə tutulmamışdır, bu da əks təqdirdə büdcə daxilolmalarının azalması və gəliri büdcə vəsaitlərindən formalaşan şəxslərin yaşayışına neqativ təsirin ehtimalından irəli gələ bilər. Nəzərinizə onu da çatdırırıq ki, ilk dəfə vergi orqanında uçota alınan şəxslər öz istəyinə uyğun olaraq (fəaliyyət növləri nəzərə alınmaqla) istər sadələşdirilmiş, istərsə də mənfəət/gəlir və ƏDV ödəyicisi ola bilərlər. Belə ki, vergi orqanında uçota alınma ərizələrində Vergi Məcəlləsinə uyğun olaraq hüquqi və fiziki şəxslərin uçota alınması zamanı ödəyicisi olacağı vergi növlərinin müəyyənləşdirilməsi xanasında müvafiq vergi növlərini (mənfəət/gəlir, sadələşdirilmiş və ƏDV) seçə bilər.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın