Maliyyə Nazirliyindən işəgötürənlər üçün BƏD XƏBƏR
Şirkət və ya sahibkarlar üçün cərimələrin məbləği kəskin artırılacaq
Azərbaycanda işçilərini icbari sığortalamayan şirkətlər və sahibkarları böyük məbləğdə cərimələr gözləyir. Bu, İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulub. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov fins.az-a bildirib ki, hazırda Milli Məclisdə müzakirə olunan dəyişikliklərə əsasən, işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə sığortalamayan şirkət və ya sahibkarlar üçün cərimələrin məbləği kəskin artırılacaq.
Qeyd edək ki, belə cərimə indiyədək də mövcud idi. Amma bu cərimə bütün icbari sığorta növlərinə aid idi və onların hamısına görə, cərimələrin məbləği eyni idi. İndi isə bu sığorta növü ilə bağlı ayrıca cərimə nəzərdə tutulacaq.
Cərimələrin məbləği də kəskin artacaq. İndiyədək digər icbari sığorta növlərində olduğu kimi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmamasına görə də, cərimənin məbləği fiziki şəxslər üçün 10 manat, hüquqi şəxslər üçün 50 manat idi. İndi isə cərimənin məbləği fiziki şəxslər üçün 500 manat, vəzifəli şəxslər üçün 1500 manat, hüquqi şəxslər üçün isə 5000 manat nəzərdə tutulub. Başqa sözlə, fiziki şəxslər üçün cərimənin məbləği 50 dəfə, hüquqi şəxslər üçün isə 100 dəfə artıb. N.Xəlilov bildirib ki, cərimə məbləğinin kəskin artması bu sığorta növünün mühüm əhəmiyyətə malik olması ilə bağlıdır: "İş yerində hansısa hadisə baş verəndə zərərçəkən insan və ya ölən insanın ailəsi müdafiəsiz qalır, ödəniş ala bilmirdi. Ona görə də bu vəziyyəti aradan qaldırmaq üçün təklif olunur ki, cərimələr artırılsın".
Xidmət rəisi bildirib ki, cərimələrin artması ilk növbədə kiçik sahibkarların bu sığortaya marağını artırmalıdır: "Hazırda böyük və orta işəgötürıənlərin əksəriyyəti bununla bağlı öhdəliklərini yerinə yetirirlər (yəni işçilərini icbari sığorta edirlər - fins.az). Onlardan fərqli olaraq çoxsaylı kiçik sahibkarlar bundan yayınırlar. İndi isə onlar yəqin ki, cərimələri nəzərə alaraq işçilərini sığortalamağa başlayacaqlar. Çünki sadə məntiqlə aydındır ki, sığortalanmaq sığortalanmamaqdan ucuz başa gəlir".
İşçilərin icbari sığortalanmamasına görə cərimələrin artırılması əmək müqavilələrinin bağlanmasına və iş yerlərinin leqallaşdırılmasına da təsir etməlidir: "Artıq insanlar biləcəklər ki, onlar əmək müqaviləsini bağlamamaqla, pensiya və digər müavinətlərlə yanaşı, sığortanın müdafiəsindən də məhrum olurlar. Bu da əmək müqaviləsinə marağı artıracaq".
Qeyd edək ki, ölkə qanunvericiliyinə görə, fəaliyyət göstərdiyi sahədən və mülkiyyət növündən asılı olmayaraq ölkədəki bütün işıgötürənlər öz işçilərini bu sığorta növü üzrə sığortalamalıdırlar.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın