Sadələşdirilmiş vergi ödəyicilərini maraqlandıran AKTUAL SUAL

Sadələşdirilmiş vergi ödəyicilərini maraqlandıran AKTUAL SUAL

Sadələşdirilmiş vergi ödəyicisi vergi orqanlarına öz xərcləri barədə məlumat verməlidirmi (göstərməlidirmi) və ya bu məlumatlar tələb edilə bilərmi?

Sual: Salam. Sadələşdirilmiş vergi ödəyicisi vergi orqanlarına öz xərcləri barədə məlumat verməlidirmi (göstərməlidirmi) və ya bu məlumatlar tələb edilə bilərmi? Əvvəlcədən təşəkkür edirəm.
Elşən Abdullayev

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək , qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.
Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən isə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.
Vergi Məcəlləsinin 37.3-cü maddəsinə uyğun olaraq kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər (maddə 37.3).
Vergi Məcəlləsinin 71-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisi olan hər hansı şəxs öz vergi öhdəliklərinin, həmin şəxsdə vergi tutulmasına dair öhdəliklərin, habelə Vergi Məcəlləsinə müvafiq olaraq məlumat verməyə dair öhdəliklərin yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur.
Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, Vergi Məcəlləsinin X fəslinə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə, öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir.
Göstərilənlərə əsasən vergi ödəyicisi kimi öz fəaliyyətiniz ilə bağlı olan bütün əməliyyatlarınızın başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən müvafiq uçot aparmalı, Vergi Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda isə elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etməlisiniz.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
http://mks.az/index.php?option=com_content&view=article&id=133:yeni-dyiikliy-sasn-mk-qabiliyytini-muevqqti-itirdiyi-goer-mueavint-nec-hesablanmaldr&catid=42:uemumi-iqtisadi-xbrlr&Itemid=108

0 Komment

    Şərh yazın

    Xəbərlər