Əmək müqaviləsinə xitam verildikdə müavinət necə hesablanır?
“Əmək Münasibətləri: A-dan Z-yə” kitabından misalla izah
Təcrübədə bəzi hallarda təşkilat rəhbərlərinin belə işçilərə iki və ya üç aylıq əməkhaqqı məbləğində müavinət verməsi ilə qarşılaşırıq. Burda bir şeyi qarışdırmaq olmaz. Birinci ödəniş müavinət, ikinci və üçüncü aylar üçün ödənilən məbləğ isə əməkhaqqı sayılır.
Ödənilən müavinətə görə heç bir sənəd tələb olunmur, amma ikinci və üçüncü aylara görə əməkhaqqının ödənilməsi üçün işçi hökmən ərazi üzrə məşğulluq idarəsində işsiz kimi qeydiyyatda durmalıdır. Əgər ikinci ay işçi hər hansı bir işlə təmin olunmazsa, onda məşğulluq idarəsi bu barədə arayış verir. Həmin arayış əsasında işçiyə köhnə iş yerindən əməkhaqqı
ödənilir və bu proses üçüncü ay da tətbiq olunur.
bununla bağlı bir misala nəzər salaq. Tutaq ki, işçi 01.11.2011-ci ildən ixtisar nəticəsində işdən azad olunacaq və yuxarıda sadaladığımız bütün rəsmi prosedurlar həyata keçirilib. Bu zaman ona ediləcək ödənişlər necə hesablanır? Əvvəlcə işçiyə işdənçıxarma müavinəti verilməlidir. Müavinətin məbləği orta aylıq əməkhaqqıdan az olmamalıdır. Əmək Mə-
cəlləsinə əsasən, işçinin əvvəlki 2 ayda aldığı əməkhaqqı cəmlənir və həmin aylardakı iş günlərinin sayına bölünür. Alınan rəqəm əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulur. Nəzərə alsaq ki, sentyabr ayında işçinin aldığı əməkhaqqı 200 manat, iş günlərinin sayı 20 gündür, noyabr ayının əməkhaqqı 220 manat, iş günlərinin sayı isə 21 gündür, onda işçinin
birgünlük orta əməkhaqqı 10,24 ((200 + 220) / (20+ 21) = 10,24) manat olacaq. Təşkilatda normal halda aylıq iş günlərinin sayının 22-yə bərabər olduğunu nəzərə alsaq, onda işçiyə 225,28 manat (10,24 * 22 iş günü = 225,28) müavinət verilməlidir. Bir məqamı da qeyd edək ki, burada söhbət müavinətdən və orta aylıq əməkhaqqının mislindən getdiyindən, onları hesablayan zaman konkret hansı ayların iş günlərinin əsas götürülməsi göstərilmir. Ona görə də işçini işdən azad edən zaman Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan ödənişləri hesablamaq üçün əsasən əvvəlki 2 aylıq əməkhaqqı cəmlənir və 2 aya bölünür. Bu halda işçiyə 210
manat ((200+ 220)/ 2 = 210) müavinət ödənilməlidir. Hər iki variantı oxuculara təqdim etməkdə məqsəd odur ki, belə bir boşluğun olduğunu bilsinlər. Bizcə, sonuncu variantdan istifadə edilsə, daha yaxşı olar. Hesabladığımız 210 manat sonradan işçi yeni işə düzələnə kimi ikinci və
üçüncü aylarda ona orta əməkhaqqı kimi ödənilməlidir.
0 Komment
Şərh yazın