Uzunmüddətli, həm də qısamüddətli sair aktivlərin hesablarının üzləşdirilməsi
Hansı hesabları uzunmüddətli və qısamüddətliyə bölmək olmaz?
Əvvəlcə həm üzunmüddətli, həm də qısamüddətli sair aktivlərin hesablarını üzləşdirək.
191. Gələcək hesabat dövrünün xərcləri – 242. Qısamüddətli gələcək hesabat dövrünün xərcləri
192. Verilmiş uzunmüddətli avanslar - 243. Verilmiş qısamüddətli avanslar
193. Digər uzunmüddəli aktivlər - 245. Digər qısamüddətli aktivlər
Bu hesablarda uçota alınan əməliyyatlar eynidir, sadəcə, müddət məsələsində fərqlər var. Üzləşdirmədən aydın olur ki, uzunmüddətli sair aktivlərdə olan bütün hesabların qısamüddətli hesabı var. Ancaq qısamüddətli sair aktiv hesablarının bəziləri var ki, onlar təkdir.
Məsələn, 241. Əvəzləşdirilən əlavə dəyər vergisi. Bu hesabın uzunmüddətli hesabı yoxdur. Ancaq qısamüddətli aktiv kimi uçota alınır.
Və yaxud, 244. Təhtəlhesab məbləğlər. Bu hesabın da uzunmüddətlisi yoxdur. Fikrimizcə, bunların uzunmüddətli hesab kimi uçota alınmaması düzgündür. Çünki ƏDV üzrə əvəzləşdirilmə əməliyyatları hər ay üçün aparılır. Məsələn, mal alınır və qısa müddətə onun ƏDV-si ödənilir və əvəzləşdirilir. Yaxud da, təhtəlhesab hesablaşmalarda kassadan götürülən məbləğ çox qısa bir müddətdə xərclənib hesab formasında təqdim olunmalıdır. Ezamiyyə xərcləri də onun kimi.
0 Komment
Şərh yazın