Vergilər Nazirliyindən fiziki şəxslərlə bağlı qayda dəyişdirdildi
“Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”na əsasən, fiziki şəxs necə uçota alınacaq?
Vergilər Nazirliyinin Kollegiyası “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nı təsdiqləyib.
Lent.az-ın verdiyi məlumata görə, vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına Vergi Məcəlləsinə əsasən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” verilir.
Ərizə fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi cavabdehdir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. Fiziki şəxsi vergi orqanlarında vergi uçotuna alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Vergi uçotuna alınma, yenidən uçota alınma, uçotdan çıxarılma, habelə uçot məlumatlarında dəyişiklik edilmə barədə təqdim edilən ərizənin forması və onların doldurulması qaydaları, vergi ödəyicilərinin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.
Bu Qaydaların məqsədləri üçün vergi orqanına təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyət verilməyən şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı”nda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir.
“Fiziki şəxsin vergi uçotu haqqında ərizə”yə uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi) surəti əlavə edilir. Vergi şəhadətnaməsində fiziki şəxsin şəkilinin yerləşdirilməsi Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin informasiya sistemindən vətəndaşların fotoşəkillərinin proqram təminatına avtomatik ötürülməsi yolu ilə həyata keçirilir. Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin informasiya sistemindən vətəndaşların fotoşəkillərinin proqram təminatına avtomatik ötürülməsi texniki səbəblərdən mümkün olmadıqda, fiziki şəxsdən 25X30 mm ölçüdə 2 ədəd rəngli fotoşəkil alınır. Kağız daşıyıcısında ərizələrin vergi orqanına təqdim edilməsi bilavasitə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə həyata keçirilir.
Poçt vasitəsilə daxil olmuş və qeydiyyata alınmış ərizələrin düzgünlüyünün yoxlanılması, orada qeyd edilən məlumatların (rekvizitlərin)proqram təminatına tam şəkildə işlənilməsi Qeydiyyat bölməsi tərəfindən həyata keçirilir. Müraciət edən şəxs kağız daşıyıcısında ərizəni bilavasitə vergi orqanına təqdim etdikdə, ərizəni qəbul edən vergi orqanı əməkdaşı tərəfindən ona müraciətin qəbul edilməsi haqqında müvafiq bildiriş verilir. Bildirişdə müraciətin vergi orqanındakı kargüzarlıq (qeydiyyat) nömrəsi və müraciətə baxılmanın nəticələri barədə sənədin vergi orqanından götürülməsi tarixi göstərilir. Bildiriş müraciəti qəbul edən vergi orqanı əməkdaşı tərəfindən imzalanır. Vergi uçotuna alınmış fiziki şəxsə 5 gün ərzində bu barədə məlumat verilir. Vergi şəhadətnaməsi uçota alınmış fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı” imzalandıqdan sonra təqdim edilir. Vergi şəhadətnaməsi ilə birgə vergi orqanı əməkdaşı tərəfindən fiziki şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə vergi qanunvericiliyi, bəyannamə formaları və onların doldurulması qaydaları, vergi öhdəlikləri və vergi məsuliyyəti barədə müvafiq məlumatlar və bukletlərdən ibarət sənəd dəsti, habelə Dövlət Statistika Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin müvafiq strukturlarına təqdim edilməli olan hesabatlar haqqında xüsusi olaraq hazırlanmış icmal məlumat təqdim edilir
Vergi orqanında vergi uçotuna alınmış fiziki şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə sənədlər Vergilər Nazirliyinin müəyyən etdiyi xüsusi formada hazırlanmış “Sahibkarlıq subyektlərinin bir pəncərə prinsipi ilə qeydiyyatı” qovluğunda təqdim edilir. Bu müddəalar vergi orqanına “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”nin “ASAN” xidmət mərkəzləri vasitəsilə təqdim edilməsi hallarına da şamil edilir. Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” və Vergi Məcəlləsi ilə tələb edilən digər sənədlər vergi orqanına daxil olduğu gündən sonrakı 2 gün müddətində həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnamə verməlidir. Vergi orqanı tərəfindən vergi şəhadətnaməsi fiziki şəxsə bir dəfə verilir və onda saxlanılır. Vergi şəhadətnaməsi itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin yazılı formada müraciəti əsasında 2 iş günündən gec olmayaraq şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində vergi şəhadətnaməsinin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Fiziki şəxsin soyadı, adı və ya ünvanı dəyişdikdə, ona müraciəti əsasında yeni vergi şəhadətnaməsi verilir. Bu zaman əvvəlki vergi şəhadətnaməsi geri alınır.
Sənədlərin proqram təminatına işlənməsi ilə məşğul olan vergi orqanı əməkdaşı ərizə və ona əlavə edilən sənədlərin rekvizitlərinin proqram təminatına düzgün daxil edilməsinə görə məsuliyyət daşıyır. Bu işlərin yerinə yetirilməsi zamanı vergi orqanı əməkdaşı Vergi Məcəlləsinin tələblərinin pozulub-pozulmaması hallarını araşdırmalı, qəbul edilmiş ərizənin həmin Məcəllədə göstərilən müddətlərdə və ya bu müddətlərdən gec təqdim edildiyini müəyyənləşdirməlidir. Ərizə həmin müddətlərdən gec təqdim edilibsə, bu halda Vergi Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyasının tətbiq edilməsi üçün bu Qaydalarda müəyyən edilmiş hərəkətlər həyata keçirilir. Vergi uçotuna alınmaq üçün əriz...
0 Komment
Şərh yazın