Təhsil məzuniyyətinə gedən əvvəlki 2 ayda tam işləməsə, onun məzuniyyəti necə hesablanır?

Təhsil məzuniyyətinə gedən əvvəlki 2 ayda tam işləməsə, onun məzuniyyəti necə hesablanır?


“MK”-nın eksperti, Sərbəst auditor Altay Cəfərovdan izahlı açıqlama

Sual . Bir işçi fevral ayinda təhsil məzuniyyətə çıxıb.Onun təhsil məzuniyyətini hesablamaq üçün yanvar və dekabr aylarının cəmi əmək haqqısını götürürük. Yanvar ayında bütov iş günləri işləyib. Dekabr ayında 6 gün işləyib, qalan günləri də əmək məzuniyyətinə çıxıb. Yanvar və dekabr aylarının əmək haqqının cəmini böləndə dekabr ayında bütov yoxsa ancaq işlədiyi günlərinin sayını? Y.Bəşirova

 Cavab:Maraqlı sualdır.Bunun üçün əvvələ qeyd etdiyiniz sualın cavabına aid olan Əmək Məsələsinin maddələrinə aydınlıq gətirək ki oxuculara da aydın olsun.Bu hal Əmək Məsələsinin 177-ci maddəsi ilə tənzimlənir. Maddə 177. Orta əmək haqqı və onun hesablanması qaydası 1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. 2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 3. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlükəmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur. Siz maddəyə baxanız görərsiniz ki , orda cəm orta əmək haqqı yazılıbdır və cəm də işçinin qazandığı əmək haqqı yazılıbdır.Demələ orta əmək haqqının hesablanması üçün qazandığı əmək haqqı nəzərə alınmalıdırр.Bəs əmək haqqı nədir? Bu da əmək məsələsinin 157-ci maddəsi ilə tenzimlənir. Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri ……………………………….. 3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, ona əlavələr və mükafatlar daxildir. 4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. 5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. 6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Görünür ki, əmək haqqının tərkibinə işçinin əmək məzuniyyətinə görə verilən məzuniyyət haqqı daxil deyildir.Belə olan halda dekabr ayının əmək məzuniyyətinə görə verilmiş məzuniyyət  haqqı nəzərə alınmır və cəmin  orta əmək haqqının hesablanmasında qəbul olunmaqdır.Odur ki, dekabr ayında ancaq 6 gün və yanvar ayında isə tam ay nəzərə alınmaqdadır

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər