Əlaqə

050-368-12-72

012-564-86-85

Bizə yazın

[email protected]

Bakı şəhəri, Nərimanov rayonu Fətəli xan Xoyski 111a, mənzil 23
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    012-564-86-85

    [email protected]

    Bakı şəhəri, Nərimanov rayonu Fətəli xan Xoyski 111a, mənzil 23

Hamiləliyə və doğuşa görə məzuniyyəti ilə bağlı üç vacib məqamın misallarla izahı

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 03 May 2023

Hamiləliyə və doğuşa görə məzuniyyəti ilə bağlı üç vacib məqamın misallarla izahı

Satışı  yekinlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Sosial məzuniyyəti ilə bağlı üç vacib məqama da aydınlıq gətirmək istərdik.

Birincisi məqam. İşçiyə hamiləliyə və doğuşa görə məzuniyyət hesablanması işəgötürən tərəfindən həyata keçirilsə də, ödənişlər Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilir. Qeyd edək ki, analıq məzuniyyətinin (müavinətin) hesablanması qaydası Əmək Məcəlləsi ilə yox, Nazirlər Kabinetinin 189 saylı “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə qərarı ilə tənzimlənir. Həmin qərarın aktual maddələri növbəti bölmələrdə şərh olunub.
İkinci məqam. İşçi analıq məzuniyyətindən istifadə etmək üçün işəgötürənə xəstəlik vərəqəsi təqdim etməlidir.
Təcrübədə rast gəlinən hallardan biri də odur ki, işçi analıq məzuniyyətinə çıxması haqqında sənəd təqdim etməsinə baxmayaraq, hər hansı şikayəti olmadığı üçün işinə davam etmək niyyətindədir. Qanunvericilikdə bununla bağlı konkret maddə olmasa da, bu cür hallar qanuna ziddir. Çünki əmək qanunvericiliyi işçinin analıq məzuniyyətinə göndərilməsini onun sağlamlığı üçün zəruri hesab etdiyi üçün, işçi həmin dövrdə məzuniyyət hüququndan istifadə etməyə borcludur.
Xəstəlik vərəqəsi ilə bağlı digər məqam odur ki, işçi xəstəlik vərəqəsini gec təqdim edə bilər.
İşçi hamiləliyin 30-cu həftəsində analıq məzuniyyətinə çıxması minimum tələbdir. Fərz edək ki, işçi 25 fevral 2022-ci il tarixdə xəstəlik kağızı təqdim edir ki, 21 fevral 2022-cu il tarixdən 126 günlük analıq məzuniyyətinə çıxmalıdır. İşçi son 4 gün işdə çalışdığından, işçiyə əmək haqqı hesablanır. Həmçinin, analıq məzuniyyətinin hesablanması da 25 yox, 21 fevral 2021-ci il tarixdən etibarən aparıla bilər.
Üçüncü məqam. İşçi analıq məzuniyyəti hüququndan isifadə etsə də, ona müvaniət ödənilməyə bilər.
Nazirlər Kabinetinin 189 saylı qərarı ilə təsdiqlənən Əsasnaməyə əsasən, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Qeyd edək ki, 6 aylıq müddət bir iş yerində yox, ümumilikdə nəzərdə tutulur.

Mİsal 1. İşçinin bir illik sosial sığorta stajı olmasına baxmayaraq, sonuncu təşkilatda 5 aydır ki, çalışır. İşçi analıq məzuniyyətinə çıxması haqqında xəstəlik vərəqəsini işəgötürənə təqdim edir. Bəzi işəgötürənlər düşünürlər ki, işçinin təşkilatda işlədiyi müddət 6 aydan az olduğu üçün ona müavinət hesablanmamalıdır. Amma qeyd etdiyimiz kimi, bu zaman ümumi sosial sığorta stajı əsas götürülür. İşçinin əvvəlki bir illik stajı imkan verir ki, işəgötürən 5 ay müddətində çalışan işçiyə müavinət hesablasın.
Mİsal 2. İşçinin əvvəlki iş yerlərində cəmi  3 ay sosial sığorta stajı olub, son təşkilatda isə 4 aydır ki, çalışır. İşçi xəstəlik vərəqəsi təqdim etdiyi halda, ümumi sosial sığorta stajı dövrü 7 ay (3 ay + 4 ay) olduğu üçün ona müavinət hesablanır.
Mİsal 3. İşçi əsas iş yerində 4 ay müddətində çalışmaqla yanaşı, əlavə iş yerində də 3 aydır ki, işləyir. İşçi əsas iş yerinə xəstəlik kağızı təqdim etsə də, ona müavinət hesablanmayacaq. Çünki əsas və əlavə iş yerlərində paralel dövrdə çalışdığından bu müddətlər toplanmır. İşçinin ümumi sosial sığorta stajı dövrü 6 aydan az olduğu üçün müavinət hesablanması həyata keçirilməyəcək.
Təcrübədə rast gəlinən əsas yanlışlardan biri müavinət hesablanmayan işçinin məzuniyyətə göndərilməməsi halıdır. 
MİsaL. Ümumi sosial sığorta stajı 3 ay olan işçi analıq məzuniyyətinə çıxmaq üçün xəstəlik vərəqəsini işəgötürənə təqdim edir. İşəgötürənin müavinət komissiyası qərar verir ki, işçinin cəmi sosial sığorta stajı 6 aydan az olduğuna görə işçiyə analıq məzuniyyətinə görə müavinət ödənilməsin. Amma bu o anlama gəlmir ki, işçi analıq məzuniyyəti hüququndan istifadə etməməlidir. Bu halda işçi analıq məzuniyyətinə çıxır, ancaq ona hər hansı müavinət ödənilmir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    09 İyun 202315:04

    Anar Bayramovun təqdimatında: Ev satışı zamanı vətəndaşlara edilən güzəştlər

    09 İyun 202312:27

    "PMS Sertifikatı" (II mərhələ) kitabının satışında rekord göstərici

    09 İyun 202312:15

    Sıfır (0) dərəcə ilə ƏDV tutulan əməliyyatlar üzrə əvəzləşdirmə necə tənzimlənir?

    09 İyun 202309:51

    Əmək haqqının ödənilmə müddətinin fərqli tarixlərdə müəyyən edilməsi

    08 İyun 202309:35

    Vergi Məcəlləsinin 168-ci maddəsinin 4 misalla izahı

    08 İyun 202309:10

    İşçi intizam tənbehi tətbiq etdiyi hansı məqamlara mütləq diqqət yetirilməlidir?

    Populyar məqalələr

    19 May 202310:49

    RƏSMİ! Konstitusiya Məhkəməsindən əmək haqqının ödənilməsi ilə bağlı İşçinin xeyrinə və İşəgötürənin ziyanıına olan QƏRAR

    23 May 202316:31

    RƏSMİ! Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində YENİ MƏRKƏZ yaradılır

    22 May 202309:52

    Dövlət Vergi Xidmətindən Gömrük Komitəsinə yeni transfer

    17 May 202310:37

    "Günay Bank" ASC-də hesabı olan vergi ödəyiciləri üçün BƏD XƏBƏR

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr
    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur